İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk Tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Bədruddin Həsun – Suriyanın baş müftisi, Tehranın bu həftədəki Cümə namazının xütbələrindən öncəki çıxışında İran dövləti və millətinin terroristlər və işğalçılar ilə savaş və mübarizədə suriyalılara səmimi və xalisanə dəstəkləri üçün təşəkkür edərək dedi: İran xalqı müsəlmanların qüruru, izzəti və başucalığı yolunda addım atırlar.
Şeyx Bədruddin Həsun – Suriyanın baş müftisi, bu sözlərdən sonra dedi: Mən Suriyadan İrana gəldim ki, Suriya xalqının dərin təşəkkür və sevgisini böyük İran xalqına və Həzrət İmam Xameni cənablarına çatdırım.
O əlavə etdi: Hələb şəhəri terroristlərdən təmizləndi, terrorislər bu şəhərdən qovuldular. Hələbin azadlığı üçün İran xalqına öz təşəkkürümüzü bildiririk. Bütün iranlı şəhid ataları və şəhid analarına salam deyirik. Onlar sübut etdilər ki, bütün müsəlmanların qanı hər yerdə tökülərsə, orda onların hədəfləri birdir. Hamı bir xətdə müsəlmanların azadlığı, izzəti, başıucalığı və qürur uğurunda addımlayır.
Şeyx Bədruddin Həsun davam etdi: Bu gün Suriya Allahın istəyir və iradəsi ilə azad edildi. Bir gün gələcək Livan və Qəzzə də Allahın iradəsi ilə qələbə qazanacaqdır. Necə İmam Xomeyni (r.ə) illər öncə demişdi, eləcə Qüdsü də azad edəcəyik.
Suriyanın baş müftisi Şeyx Bədruddin Həsun sonda yenə də İran xalqına suriyalılara terrorçu düşmənlərlə savaşda dəstək göstərdikləri üçün təşəkkür etdi və vurğuladı ki, bütün möminlər və müsəlmanlar qardaşdırlar.
http://iqna.ir/fa/news/3554383