IQNA

Peyğəmbərinin (s) mövludu münasibətilə Həzrət Abbasın (ə) hərəmi bəzədildi

11:29 - December 17, 2016
Xəbər sayı: 3481149
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və Şiə məzhəbinin rəisi Həzrət İmam Sadiqin (ə) mövlud günləri münasibətilə Kərbəlada Həzrət Abbasın (ə) hərəmi gül ilə bəzədildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Kərbəlanın "Kəfil" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, əziz İslam Peyğəmbəri, aləmlərə rəhmət və məğfirət Həzrət Məhəmməd Mustafanın (s) və imamət və vilayət səmasının altıncı parlaq ulduzu və şiə məzhəbinin rəisi Həzrət İmam Sadiqin (ə) mövlud günləri münasibətilə Kərbəlada Həzrət İmam Hüseynin (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) hərəmi gül ilə bəzədildi.

Mövlud münasibətilə Kərbəlanın bu iki müqəddəs hərəminin dekorasiyası güllər və parçalar ilə bəzənildi. Divarlara çəkilmiş parçalara və hərəmlərə girişdə sancılmış bayraqlara ayə və hədislər və təbriklər yazıldı.

Həmçinin bu mübarək hərəmlərdə güldən böyük bir lövhə düzəldilərək üzərinə "və ma ərsəlnakə rəhmətən lil-aləmin = وما أرسلناک الا رحمة للعالمین = biz səni aləmlərə rəhmət göndərdik" ayəsi yazıldı.

Hərəmlərdə Əhl-Beytin (ə) xoş günlərində insanlar üçün xoş əhval və ruhiyyə yaratmaq üçün rəngli işıqlar yandırıldı.

Bu yöndə Həzrət İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmlərində müsəlmanların böyük bayramı üçün xüsusi bayram proqramları hazırlanıb və bu proqramlar artıq iki gün öncədən icra edilir.

http://iqna.ir/fa/news/3554320

آذین‌بندی حرم عباسی به‌مناسبت سالروز میلاد پیامبر اکرم(ص) + عکس

آذین‌بندی حرم عباسی به‌مناسبت سالروز میلاد پیامبر اکرم(ص) + عکس

آذین‌بندی حرم عباسی به‌مناسبت سالروز میلاد پیامبر اکرم(ص) + عکس

آذین‌بندی حرم عباسی به‌مناسبت سالروز میلاد پیامبر اکرم(ص) + عکس






captcha