İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin şənbə günü, 21 Yanvar 2017-ci il tarixində, ABŞ-ın yeni dövlət başçısı Donald Trampın Vaşinqtonunun Milli Kilisəsində keçirilən uzun sürən andiçmə mərasimində Amerikanın ən böyük məscidlərindən birinin camaat imamı olan Məhəmməd Macid Quran- Kərimdən ayələr tilavət edib.
CNN xəbər kanalının yaydığı məlumatda deyilir ki, dövlət başçılığı məsuliyyətini üzərinə alarkən dua və andiçmə mərasiminin keçirilməsi ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun zamanında qalmaq bir adətdir. Bu mərasim yeni prezident işə başlayarkən müxtəlif dinlərdən olan dini rəhbərlərin iştirakı ilə keçirilir.
Amerikanın Virceniya əyalətinin ən böyük məscidlərindən birinin, yəni "Adamz" məscidinin camaat imamı olan Məhəmməd Macid Amerikanın yeni prezidenti və onun yeni idarə heyəti üçün Quran- Kərimdən siyasi və ictimai mesajları olan bəzi ayələri tilavət edib.
Bu mərasimdə azan deyəcəyi gözlənilən Məhəmməd Macid yaşadığı ölkənin dini və irqi problemlərini və müsəlmanlara qarşı yaranmış ayrı-seçkiliyi nəzərə alaraq Quran- Kərimin irqçiliyi rədd edən iki ayəsini tilavət etdi.
Mərasimə dəvət edilmiş 26 nəfər dini rəhbərlərdən biri olan tanınmış müsəlman ruhanisi Məhəmməd Macid bu mərasimdə Quran- Kərimin "Hücürat" surəsinin 13-cü
- يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
- və "Rum" surəsinin 22-ci
- وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ -
ayələrini tilavət etdi ki, hər iki ayə irqçiliyi, millətçiliyi və insanlar arasında dil və rəngə görə ayrı-seçkilik salmağı rədd edir və insanların təkcə üstünlük fərqini İlahi dəyərlərlə yaşamaqda görür.
Donald Trampın andiçmə mərasimində oxunan Quran ayələrinin videosunu aşağıdakı linkdə dinləyə və endirə bilərsiniz:
http://iqna.ir/fa/news/3565287