Nigeriya prezidenti Muhəmmədu Buxari, məsələ ilə aləqədar bildirib ki, Nigeriya İslam Hərəkatının lideri barədə məhkəmə hökmü xalqın qayğısına qalındığı üçün yerinə yetirilmir.
«Xalqın xeyri üçün məhkəmənin Şeyx Zəkzakinin azadlığa buraxılmasına dair qərarı yerinə yetirmirik. Ancaq Şeyxin xanımı azaddır və ərini tərk edə bilər», -deyə prezident bildirib.
Qeyd edək ki, Nigeriya Məhkəməsinin Şeyx Zəkzakinin həbs müddətinin sona çatması barədə verdiyi qərara rəğmən, Şeyx Zəkzaki həbsxanada saxlanılır.
faktxeber