IQNA

Amerikada "sevgi ilə İslama təqdim edilir" açıqcaları sərgisi + ŞƏKİL

0:27 - February 07, 2017
Xəbər sayı: 3481321
"Massachusetts" əyalətinin uşaqları müsəlmanlara olan sevgilərini göstərmək üçün "sevgi ilə İslama təqdim edilir" adlı açıqcalar düzəldərək əyalətin "incəsənət və dizayn kolleci"ində sərgiyə qoydular.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "bostonglobe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "Massachusetts" əyalətinin uşaqları müsəlmanlara olan sevgilərini göstərmək üçün "sevgi ilə İslama təqdim edilir" adlı açıqcalar düzəldərək əyalətin "incəsənət və dizayn kolleci"ində sərgiyə qoyublar.

Bu informasiya portalının yaydığı xəbərdə deyilir ki, dünən, keçən həftənin bazar günü, 05 Fevral 2017-ci il, Amerikanın "Massachusetts" əyalətinin 150 nəfərdən çox azyaşlı uşaqları müxtəlif rənglərdə açıqca və postal katlar düzəldərək üzərinə dostluq mesajı yazıblar və ürək şəkli çəkiblər.

Uşaqlar valideynlərinin köməyi ilə ürək formasında hazırladıqları bu açıqcaların üzərinə "sevgi ilə İslama təqdim edilir" cümləsini yazıb və sonra isə yaşadıqları şəhərin "incəsənət və dizayn kolleci"ində sərgiyə qoyublar.

Bu postal kartlar cari ayın 14-də Booston əyalətinin Raksberi rayonunda Mədəniyyətin Mərkəzinin İslami birliyinə hüzuri və ya "e-mail" ilə təqdim ediləcəkdir.

Bu mərasimin təşkilatçısı olan xanım Tanya Nikson Silberg deyib ki, uşaqlar öz pak fitrətləri ilə kimi sevmək lazım olduğunu daha yaxşı bilirlər və onlar müsəlmanları sevirlər.

http://iqna.ir/fa/news/3571111







captcha