IQNA

0:40 - April 04, 2017
Xəbər sayı: 3481496
Misirin "Darul-İfta" idarəsinin nəzdində fəaliyyət göstərən "İslamofobiyanı izləmə mərkəzi" Kanadanın Ontario universitetində Quran-Kərimə qarşı edilən hörmətsizliyi məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin "Darul-İfta" (Fətva Evi) idarəsinin nəzdində fəaliyyət göstərən "İslamofobiyanı izləmə mərkəzi" Kanadanın Ontario universitetində Quran-Kərimə qarşı edilən hörmətsizliyi və alçaldıcı hərəkəti məhkum edərək elan etdi: Bu ölkənin İslami təşkilatları bu hadisəni cinayət saymaqla yanaşı, Kanadada yaşayan müsəlman azlıqların asayiş və təhlükəsizliyini qorusunlar.

Misirin "bəvabətul-fəcr" xəbər və informasiya portalının yaydığı məlumatda deyilir ki, Misirin "Darul-İfta" (Fətva Evi) idarəsinin nəzdində fəaliyyət göstərən "İslamofobiyanı izləmə mərkəzi" Kanadanın Ontario universitetində bir qrup tələbənin Quran-Kərimə qarşı hörmətsizlik edərək bu müqəddəs kitabı cırmalarını və İslam əleyhinə şüarlar səsləndirmələrini məhkum edib və eyni halda da Kanadanın baş naziri Castin Trodo (Justin Pierre James Trudeau) tərəfindən dərhal və vaxtında bu cinayətə qarşı sərt reaksiya verilməsini təqdir edib və həmçinin Kanadanın sağçı radikallarına xəbərdarlıq edərək onlardan müsəlman azlıqlarla rabitələrin yaxşılaşdırılmasında daha çox çalışmalarını istəyib.

"İslamofobiyanı izləmə mərkəzi" bu bəyaniyyənin davamında Kanadanın sağçı radikallarına xitabən yazıb: İcazə verin müsəlmanlar digər vətəndaşlarla sülh şəraitində və dostcasına yaşasınlar, irqçi və islamofob hislərinizi siyasi məsələlərə qataraq müxtəlif dinlərin davamçılarının birgə yaşamasına mənfi təsir göstərməyin.

Bu mərkəz bəyaniyyənin sonunda Kanada məsullarından və rəsmi məqamlarından cinayətkarların cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, Kanadanın Pil (Peel) əyalətinin dövlət məktəblərində müsəlman tələbələrə Cümə namazının qılınmasına icazə verilməsinin ardınca bu məsələyə etiraz edən bir qrup insan "islamofob" bir hərəkətlə Quran-Kərimi cıraraq bu müqəddəs kitaba qarşı hörmətsizlik ediblər. Hadisə cari ilin Mart ayının 23-də Kanadanın "Ontario" universitetində baş verib və təqribən 80 nəfər tələbə bu etirazda iştirak edərək "islamofob" şüarlar səsləndiriblər.

http://iqna.ir/fa/news/3586327


Teqlər: İQNA ، Kanada ، İslamofobiya ، Peel ، Misir ، Darul-İfta
Ad:
E-poçt:
* Comment:
* captcha: