İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Daily Journal" xəbər və informasiya portalının istinadla verdiyi xəbərə görə, Əminə Braun - Amerikanın İndiyana əyalətinin "Grinvud" məktəbinin müsəlman şagirdlərindən biri, həmişə digər şagirdlərin onun hicabına heyrət və sorğu ilə tikilmiş gözlərinin hədəfi olduğu üçün, sonda bu qərara gəlib ki, onlara İslami hicab barədə məlumatlar versin və hicabı onlara tanıtsın.
Əminə Braun İslami hicabı digər şagirdlərə tanıtmaq üçün çarə yolu olaraq günorta yeməyi fasiləsində sinif yoldaşları olan qızlara hicab örtməyi imtahan etmələrini təklif edib.
O, bu barədə məktəb rəhbərliyindən icazə almış və həmçinin müəllimlərinin təşviqi ilə günorta yeməyi üçün fasilə zamanı sinif qızlarına İslami hicab barədə və hicabın əhəmiyyəti haqda məlumlatlar vermiş və həmçinin onlara hicab örtmək qaydalarını öyrətmişdir. O, özü ilə məktəbə apardığı İslam hicab modeli olan yaylıqları qızlara təqdim etmiş və onlara hicabı imtanah etməkdə kömək göstərmişdir.
Əminə Braun şagirdlərə hicab barədə məlumat verərək, onlara izah edib ki, Quran- Kərim qadınların həya və iffətini qorumaq üçün onlara hicab örtməyi vacib etmişdir və hicab imanlı olmaq üçün mühüm bir yoldur.
O, mətbuat ilə müsahibəsində deyib: Məktəb şagirdlərinin əksəriyyəti İslam dini barədə çox da məlumatlı yoxdur. Bizim bu kimi xırda addımlarımız ilə onlar yavaş- yavaş İslam dini haqqında bir çox məlumatlar əldə edəcəklər. Onlar İslam dini haqqında doğru məlumatlara sahib olarlarsa, müsəlman şagirdlər haqqında yanlış düşünməzlər. Bu kiçik təcürbə bais oldu ki, onlar dərs ilinin sonunda İslam dini barədə daha gözəl məlumatlar ilə məktəbdən ayrılsınlar.
http://iqna.ir/fa/news/3587997