İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ər- Rəy" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Quran- Kərimin kitabət, xəttatlıq və yazlılmasının və "hərəkələr"inin (Ərəb dilində həriflərin üzərində və ya altında qoyulan sait səslərin əlamətləri) qoyulmasının ilk elmi təlim kursları Küveytin "Quran Mənbərləri" dərnəyinin təşəbbüsü ilə keçiriləcək.
Səbah Yəqub - Küveytin "Quran Mənbərləri" dərnəyinin müdiri, bu barədə xəbər verərək deyib: Bu təlim kursları bu dərnəyin Quran- Kərimə xidmət üçün səyləri və çalışmaları yönündə atılmış bir addımdır.
O əlavə edib: Bu təlim kurslarından əsas məqsədimiz İslam ümmətini Quran- Kərimin məna və mətni ilə yaxından tanış etmək, ümmət ilə müqəddəs kitab arasında üns yaratmaq, Quran- Kərimin fəzilətləri ilə insanları tanış etmək, Quran üzərində işləməyin fəziləti, Quranın hifzi, təlimi və öyrənilməsidir.
Səbah Yəqib sözünün davamında deyib: Quran- Kərimin yazılmasının təlim kursları Küveytin İslami İşlər və Vəqflər Nazirliyinin Hövla əyalətindəki nümayəndəliyi olan "Məscidlərin İşləri İdarəsi", Şəriət İnstitutu və Küveytin İslami Araşdırmalar Universitetinin həmkarlığı ilə keçiriləcəkdir.
Quran- Kərimin kitabəti və "eerab"larının (hərəkə və səs əlamətləri) qoyulmasının hər sözün həriflərin sayı və növünə əsasən özüməxsus üsul və qaydaları vardır ki, bu təlim kurslarında iştirakçılara öyrədiləcəkdir.
Səbah Yəqub - Küveytin "Quran Mənbərləri" dərnəyinin müdiri, vurğulayıb: Quran- Kərimin kitabəti təlim kurslarında məscidlərin camaat imamları, azançılar, oğlan və qız tələbələr, dini araşdırmaçılar və Quran- Kərimin kitabəti sahəsində fəaliyyət göstərənlər iştirak edəcəklər.
Sonra o bildirib ki, bu kursların keçirilməsinin hədəflərindən biri də budur ki, müsəlmanlar tarix boyu alimlərin Quranın xəttini və mətnini qoruyub saxlamaq üçün necə böyük zəhmətlər çəkdiklərinin şahidi olsunlar. Və həmçinin bu müqəddəs kitabı gələcək nəsillərə də ötürmək üçün yeni kadrlar yaransın.
Qeyd edək ki, Quran- Kərimin kitabəti və hərəkələrini qoyulması təlim kursları 13.04.2017-ci ildən 09.05.2017-ci ilədək tarixdə Küveytin Hövla əyalətinin Məscidlərin İşi İdarəsinin "ət-təmiz" toplanış salonunda keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3588929