IQNA

Məhəmməd Cavad Əbulqasimi:
7:17 - April 14, 2017
Xəbər sayı: 3481534
İran İslam Respublikasının Türkmənistanın paytaxtı Aşqabaddakı "Mədəniyyət Əlaqələri İdarəsi"nin təşəbbüsü ilə Həzrət İmam Əlinin (ə) mübarək mövludu mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Türkmənistanın Aşqabad şəhərindəki "İran Mədəniyyət Mərkəzi"nin məsul işçisi İQNA-ya göndərdiyi xəbərdə bildirib ki, İİR-nın Türkmənistanın paytaxtı Aşqabaddakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Həzrət İmam Əlinin (ə) mübarək mövludu mərasimi keçirilib.

Müvəhhidlərin mövlası, möminlərin əmiri Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövludu və atanın böyük məqamının dəyərləndirilməsi mərasimi həftənin birinci günü, cari ilin Aprel ayının 10-da İİR-nın bu ölkədəki səfirliyinin mədəniyyət əlaqələrinin təşəbbüsü ilə Aşqabad şəhərinin Həzrət Fatimeyi-Zəhra (s) məscidində keçirilib.

Bu dini və milli bayramda Aşqabadda yaşayan Əhl-Beyt (ə) dostları, iranlılar, azərilər və İranın bu ölkədəki müxtəlif mərkəz və təşkilatlarının işçiləri iştirak edərək, bu mənəvi fəzada Əhl-Beyt (ə) ətrafında milli və məzhəbi birliyə təkid ediblər.

Mərasimdə Quran oxunub, "sürud" (dini nəğmə) qrupu mövludnamə oxuyub, mövzu ilə əlaqədar klip göstərilib və sonda İİR-nın Mədəniyyət Əlaqələri İdarəsinin məsulu çıxış edib.

Mərasimdə iştirak edən Mədəniyyət Mərkəzinin məsulu Məhəmməd Cavad Əbulqasimi çıxışında bu mövlud və atalar günü münasibəti ilə təbrik dedikdən sonra İmam Əlinin (ə) sünni, şiə və məsihi alimləri tərəfindən bəyan edilən fəzilətlərinə işarə edərək deyib: Həzrət İmam Əlinin (ə) fəzilət və kamal sifətlərinin tərifi bütün dünyanı tutub və bütün dünyada şöhrət tapıb. Tarixi qaynaqlar və hədis kitabları Onun fəzail və kamalatları ilə doludur.

O əlavə edib: Əmirul-möminin İmam Əli (ə) insani və əxlaqi keyfiyyətlərdə bütün bəşəriyyət üçün nümunədir. Hamı onu kifayət qədər tanımalıdır. Çünki kamil bir insanın bütün vücudi cəhətləri bu həzrətin şəxsiyyətində ən kamil həddədir.

Mərasimin davamında azəri, fars və türkmən dillərində şerlər və mədhiyyələr oxunub və Şam namazı camaatla qılınıb.










Ad:
E-poçt:
* Comment:
* captcha: