Beynəlxalq Amnistiya təşkilatı bu ümumi kampaniyada Bəhreynin "əl-Vifaq" cəmiyyətinin baş katibi və zalim Ali- Xəlifə rejimi müxaliflərinin rəhbəri Şeyx Əli Salmanın qeydsiz-şərtsiz və tez bir zamanda azadlığa buraxılmasını tələb edib.
"Amnesty International" təşkilatı Ali- Xəlifə rejimindən bu tələbi irəli sürərək vurğulayıb: Mənamə rejimi müxalif şiələrin rəhbəri və siyasi məhbus Şeyx Əli Salmanın məhkumluq hökmünü tez ləğv etmək üçün beynəlxalq qrumlar tərəfindən təzyiqə məruz qalmalıdır. Çünki Şeyx Əli Salman təkcə öz "söz azadlığı hüquqdan sülhamiz istifadə" etdiyi üçün məhkum edilib.
Bundan əlavə "Amnesty International" təşkilatı Ali- Xəlifə rejimindən tələb edib ki, "azad söz demək haqqını və sülhamiz etiraz toplantısını" cinayət hesab edən qanunları ləğv etsin.
Qeyd edək ki, Ali- Xəlifə rejiminin məhkəməsi Şeyx Əli Salmanı dövlət qanunlara əməl etməmək, dövlət rəsmilərini və ölkə nazirliyini təhqir etmək və insanları rejim əleyhinə təhrik etmək ittihamı ilə 4 il (28.12.2014 – 28.12.2018) azadlıqdan məhrum etmə ilə cəzalandırıb.