İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" Quran xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın "xalq könüllüləri" silahlı dəstələrinin (əl-həşd əş-şə`bii) "Quran- Kərim tağımı" Mosulun İŞİD terrorçularının işğalından azad olunmuş rayonlarında Quran-Kərim təlimi məclisləri təşkil etməklə Quran və İslam Maarifinin yayılması yönündə maarifləndirmə təlimlərini geniş şəkildə davam etdirirlər.
Quran- Kərimin və İslam maarifinin öyrədilməsi məclisləri Quran fəaliyyətlərinin genişləndirilməsi və davamlılığı yönündə İraqın "xalq könüllüləri" silahlı dəstələri (əl-həşd əş-şə`bii) qərargahlarının Neynəva əyalətinin azad edilmiş ərazilərində yerləşdiyi gündən təşkil edilmişdir.
Bu məclislərdə Quran- Kərimin qaydalı oxunuşu, Namazın qiraətinin doğru oxunuşu, Quran-Kərimin surələrin məfhumları, surələrin fəzilətləri, Cihad ayələrinin düzgün təfsiri öyrədilir, dini əhkamlar barədə suallara və dini şübhələrə cavab verilir.
Həmçinin cəbhənin müxtəlif istiqamətlərində döyüşçülərin görüşünə gedən Quran tağımı əsgərlər üçün Quranla üns məclisləri təşkil edirlər. Əsgərlər arasında Quran nüsxələri və maarifləndirici broşurlar paylayırlar.
Bu fəaliyyətlər əsgərlərin döyüş ruhiyyəsini yüksəltmək, onların ruhunda Qurani yaşam tərzini yaşatmaq və haqq və batil savaşı meydanlarında dini maarifin genişləndirilməsi hədəfi ilə həyata keçirilir.
http://iqna.ir/fa/news/3589533