IQNA

Pakistanlı "qəlbinur" Quran hafizi:
6:37 - April 23, 2017
Xəbər sayı: 3481569
İİR-nın beynəlxalq Quran yarışlarında iştirak edən Pakistanlı "qəlbinur" Quran hafizi mərdəsəyə getmədən, savadı olmadan və təkcə "tərtil" ustadlarının səsinə qulaq asaraq Quran- Kərimi hifz edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən pakistanlı "qəlbinur" (görmə qabiliyyətini itirmiş) Quran hafizi Afitab Xan Məhəmməd Zaman İQNA ilə müsahibəsində İranın bu yarışlar yolu ilə İslam ümmətinin vəhdəti üçün atdığı addımı bəyəndiyini vurğulayaraq dedi: Məktəb və mədrəsəyə getməmişəm. Savadım yoxdur. Quran- Kərimi evdə oturub Quran ustadlarının "tərtil" ilə tilavət edikləri səslərə qulaq asaraq əzbərləmişəm və həmçinin Quran- Kərimin yeddilik və onluq qiraət üslublarını da Pakistanın böyük ustadlarını dinləyərək öyrənmişəm.

O, Quran- Kərimin "Qəmər" surəsinin 17-ci ayəsinə -

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

- "şübhəsiz ki, biz bu Quranı sizin dilinizdə asan və sadə etdik, olsun ki, ibrət alasınız"- işarə edərək əlavə etdi: Quran möcüzədir. Hər kəs Qurana tərəf üz tutarsa, Allah- Taala onu öz məqsədinə çox asanlıqla yetirir və bu işi (Quranla mənus və ünsiyyətdə omağı və öyrənməyi) onun üçün asan edir.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən pakistanlı "qəlbinur" (görmə qabiliyyətini itirmiş) Quran hafizi Afitab Xan Məhəmməd Zaman vurğuladı: Quran- Kərimlə tanış olmazdan öncə gözlərimin görmədiyinə görə evin küncündə oturub həyatımı mütləq qaranlıq və zülmtdə keçirirdim. Amma Quran- Kərimlə tanışlığım həyatıma və qəlbimə nur çilədi. Gözlərimə və qəlb gözümə elə bir nur verdi ki, artıq həyat mənim üçün şirindir, fiziki gözlərimin görməməsi acısını hiss etmirəm. Hətta gözlərimin görməməsini bir nemət hesab edib, çox sakit və razı bir həyat sürürəm.

Afitab Xan Məhəmməd Zaman Quran- Kərimin "Nisa" surəsinin 174-cü ayəsinə -

یا أَیُّهَا النَّاسُ قَدْ جاءَکُمْ بُرْهانٌ مِنْ رَبِّکُمْ وَ أَنْزَلْنا إِلَیْکُمْ نُوراً مُبیناً

-(ey insanlar həqiqətən Allah tərəfindən sizə bürhan və dəlil gəlmişdir və bir sizə aşkar bir nur nazil etdik)- işarə edərək dedi: Quran nurdur və insanlar bu nur olmadan heç vaxt həqiqət işığına çıxa bilməzlər.

Afitab Xan Quran- Kərimin hifzi və qiraətini hədəfli yaşamaq üçün mühüm amil hesab edərək dedi: Əgər Quran olmasaydı şəksiz ki, kor olduğum üçün həyat mənim üçün çox çətin keçəcəkdi. Amma Quranın kənarında həyatım şad və ləzzətlidir. Çünki bu həyatın və onun çətinliklərinin keçici olduğunu dərk edirəm. Və bu həyatın keçici olmasına inanmaq çox müşküllərə dözməyi asan edir.

http://www.iqna.ir/fa/news/3591980


Ad:
E-poçt:
* Comment:
* captcha: