IQNA

7:13 - April 23, 2017
Xəbər sayı: 3481571
Onlar Bədr döyüşçüləri kimi 313 nəfərdirlər, imamın (ə.f) ətrafını sararlar və onlar Allah- Taalanın yer üzündə xalqa hakimləri və bayraqdarlarıdırlar.

Həzrət İmam Sadiq (ə) onların zahiri, fiziki və cismi xüsusiyyətlərini vəsf edərkən buyurmuşdu ki, onlar Bədr döyüşçüləri kimi 313 nəfərdirlər, imamın (ə.f) ətrafını sararlar və onlar Allah- Taalanın yer üzündə xalq hakimləri və bayraqdarlarıdırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Mehdiçilik" (Məhdəviyyət) bölməsinin hazırladığı arayışa görə, Höccətul- İslam vəl- müslimin Xudamurad Süleymani (İslami Mədəniyyət və Elmlər Tədqiqat Müəssisəsinin elmi heyətinin üzvü) özünün dəyərli əsəri "Xalqın Həzrət Mehdinin (ə.f) cahanşümul inqilabında rolu" adlı kitabında yazır:

Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) xüsusi silahdaşları və köməkçilərinin xüsusiyyətləri barədə hədislərdə bir çox nöqtə və məqamlara işarə edilmişdir ki, bir bölgüdə bunları fiziki və psixi xüsusiyyətlərə ayırmaq olar.

Zahiri və fiziki xüsusiyyətləri:

1). Həzrət Mehdi (ə.f) cavan bir şəkildə zühur edəcəyi kimi, onun yaxın silahdaşları da cavanlar olacaqlar. Və bu da Həzrət Mehdi (ə.f) inqilabında cavanların təsirli rolunu çox açıq şəkildə bəyan edir.

2). Sayları az və məhdud olacaq. Çünki qeybət dövründə dindarlıq və din saxlamaq çox çətin olacaq. İmam Zamanın (ə.f) köməkçisi məqamına yüksələnlər isə ən xalisləri olacaqlar və bu da təbii şəkildə onların sayının az olmasına səbəb olacaqdır. Hədislərdə onların sayının 313 nəfər olduğu vurğulanır.

3). Fiziki cəhətdən sağlma və güclü olacaqlar.

4). Onların imamın (ə.f) əsas işçi qüvvəsi və dünyanı idarə etmək üçün vasitələri olacaqlar. Necə ki, İmam Sadiq (ə) bu barədə buyurur:

كَأَنِّي أَنْظُرُ إِلَي الْقَائِمِ عَلَي مِنْبَرِ الْكُوفَةِ وَ حَوْلَهُ أَصْحَابُهُ ثَلَاثُمِائَةٍ وَ ثَلَاثَةَ عَشَرَ رَجُلًا عِدَّةَ أَهْلِ بَدْرٍ وَ هُمْ أَصْحَابُ الْأَلْوِيَةِ وَ هُمْ حُكَّامُ اللَّهِ فِي أَرْضِهِ عَلَي خَلْقِهِ

"Sanki Qaimi (ə.f) Kufənin mənbərində görürərm ki, ətrafını Bədr döyüşçülərin sayı qədər 313 nəfər silahdaşı sarıblar. Onların Allahın bayraqdarlarıdırlar və onlar Allahın yer üzündə xalqa hakimləridirlər".


Ad:
E-poçt:
* Comment:
* captcha: