IQNA

Türkiyə halal turizm sahəsini genişləndirir

0:03 - May 10, 2017
Xəbər sayı: 3481634
Türkiyə müsəlmanlar üçün halal turizm sahələrini ölkənin bütün regionlarında, xüsusilə də dəniz kənarı ərazilərdə genişləndirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə müsəlmanlar üçün halal turizm sahələrini ölkənin bütün regionlarında, xüsusilə də dəniz kənarı ərazilərdə genişləndirir.

Bu barədə İngiltərənin "times" qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə Turizm Nazirliyi parklar, bağlar, yaşıl örtüklü istirahət güşələri, əyləncə şəhərcikləri, xanımlar üçün saunalar və dəniz kənarı çimərliklər, turistlərin çoxluq təşkil etdiyi yerlədə məscidlər və s... halal və İslami xidmət servisləri tədarük görərək bu il yayında müsəlman turistləri qarşılamağa hazırlaşır.

Ümumdünya Turizm Təşkilatının verdiyi hesabata görə, 2010-cu ildə dünya turizm sahəsinin təkcə 9 faizi, 90 milyard dollar dəyərində halal turizmə aid olub ki, bu, 2011-ci ildə 126 milyard dolları, yəni 12.3 faizi və 2013-cü ildə isə 13 faizini təşkil edib.

Qəzet yazır: Son illərdə halal turizm gəlirləri gözəçarpacaq dərəcədə inkişaf etməkdədir. Bu isə o deməkdir ki, bunda sonra halal turizm sahəsinin gəlirləri varlı iş adamlarının inhisarından çıxaraq bütün müsəlmanların gəlir mənbəyinə çeviriləcəkdir.

ترکیه مناطق گردشگری حلال را توسعه می‌‌دهد

İngiltərənin "times" qəzeti xəbərin davamında deyir: Hazırda avropalıların təşkil etdiyi turizm turları halal turizmə maraqlıdırlar və müsəlmanlar üçün xüsusi olaraq tam şəraitdə və əla keyfiyyətdə halal turizm turları təşkil edirlər. Bu turlarda haram qidalar, alkoqollu içkilər verilmir, namazxanalar təşkil edilir və namaz vaxtlarında azan səsləri eşidilir.

Qəzet vurğulayır: Halal turizm turlarında dəniz kənarı çimərliklərdə xanımların çimərlikləri kişilərin çimərliklərindən pərdələr vasitəsi ilə ayrılır, fotoaparat və telefonlarla şəkil çəkmək qadağan edilir, xanımların çimərliklərinə 7 yaşından yuxarı oğlan uşaqları buraxılmır. Bu da müsəlman xanımlara çimərliklərdə azad hərəkət və istirahətə imkan yaradır.

http://iqna.ir/fa/news/3597729


captcha