İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dünya müsəlmanlarının hər biri İslam dininə olan sevgilərini öz xüsusi üslubları ilə göstərirlər və bu dinin dünyada yayılmasına çalışırlar. Bu arada Qafqazda yaşayan müsəlmanlar Ərəb olmamaqlarına və Ərəb dilini bilməməklərinə rəğmən Quranı əzbərləyir, tilavətini öyrənirlər, İslam əxlaqına əməl edir və İslami ayinləri yerinə yetirirlər.
Quran incənətçisi müsəlman xanım Albina Aşba milliyyətçə rusdur. O, Quran- Kərimin ayələrinin gözəl xəttatlığı və "hüsnxətt" sahəsində bir çox gözəl incəsənət əsərlərinin müəllifidir.
Xanım Albina Aşab "hüsnxətt" incəsənət növündən istifadə edərək həqiqət axtarışında olanları Quran buyurduğu kimi hikmət və "gözəl moziə" (məvizətun- həsənə) İslam dininə dəvət edir.
Misirin "əl-yəvm əs- sabe" qəzetinin müxbiri Rusiyada keçirilən "Rusiya və İslam dünyası" toplantısında 21 yaşlı müsəlman xanım Albina Aşba ilə müsahibə edib.
Xanım Albina müsahibədə İslam dininə olan eşqindən danışıb. Həmin eşqi ki, onu Quran ayələrini "hüsnxətt" və rəsmin təlfiqi ilə yazaraq din və Allaha yaxınlaşmaq barədə gözəl incəsənət əsərlərində canlandırıb.
Albina Aşba Qafqazda məzhəbcə müsəlman olan Rus ailəsində dünyaya gəlib. Hazırda Moskvanın Beynəlxalq Əlaqələr Universitetində təhsil alır. O, təhsilinin kənarında Qurani incəsənətlə də məşğuldur. Quran ayələrini xəttatlıq və rəssamlıqın təlfiqi ilə yazır və gözəl incəsənət əsərləri yaradır.
Xanım Aşba deyir: İctimaiyyətdə müsəlmanlar və İslamla bağlı müxtəlif davranış və münasibətlərin şahidi oluruq. Bəziləri İslamın əleyhinədirlər. Bəziləri də onu himayə edir və dəstəkləyirlər. Ümumi götürdükdə insanların İslam dini və müsəlmanlar ilə yaxşı rabitə və əlaqələri vardır.
Albina Aşba məşğul olduğu incəsnət növü ilə bağlı vurğulayır: Uşaqlıqdan rəsm çəkməyə həvəsim var idi. Uşaq incənət məktəbinə gedirdim. Hazırda təqribən bir il olar ki, İslami hüsnxətt və rəssamlıq sahəsində fəaliyyət göstərirəm. Quran- Kərimi orjinaldan oxumaq üçün Ərəb dilini öyrəndikdən sonra bu həvəs məndə yarandı ki, Quran ayələrini də rəsm ilə işləyim. İstədim ki, mənə və digərlərinə həmişə Allahı xatırladacaq bir iş görüm. Mən Qurani incəsənət işlərimi Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Çeçenistan prezidenti Ramazan Qadirova da hədiyyə etmişəm. Düşünürəm ki, bu işim insanları hikmət və gözəl moziə ilə Allaha dəvət etməkdir. Həmçinin İslam dinini Rusiya ictimaiyyətində himayə edir. Çünki dostlarım əl işlərimi gördükdə bu barədə məndən sual soruşurlar. Və mən onlara dini anladıram. Buna görə də mənim bu işim Quran- Kərimin Nəhl surəsinin 125-ci ayəsində buyurduğu kimi, hikmət və gözəl moziə ilə Allaha dəvət etməkdir.