IQNA

Fərəcullah Şazlinin cənazəsi bu gün dəfn edildi

21:15 - June 06, 2017
Xəbər sayı: 3481731
Dünən, 5 İyun 2017-ci il tarixində, Qahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazlinin cənazəsi bu gün Quran fəallarının iştirakı ilə dəfn edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 5 İyun 2017-ci il tarixində, Qahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazlinin cənazəsi bu gün Quran əhlinin və Misir vətəndaşlarının izdihamlı iştirakı ilə Misirin Büheyrə əyalətinin Ərmaniya kəndində, anadan olduğu vətənində dəfn edildi.

Misirin "Nəmsavi" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazli 1948-ci ildə Misirin Büheyrə əyalətinin Ərmaniya kəndində anadan olmuşdur.

Mərhum Şazli səkkiz yaşında olarkən Quran- Kərimi hifz etdi və Quranın 10 məşhur qiraətini öyrəndi.

O, 1971-ci ildə Misirin Qiraət Mərkəzinə daxil olaraq Quran qiraəti üzrə ixtisas təlimlərini 1979-cu ildə başa vurdu. Təhsilini davam etdirmək üçün 1980-cı ildə Əl-Əzhərin "İslam və Ərəb Tarixi" insititutuna girdi.

1997-ci ildə Ərəb dili ədəbiyyatı üzrə təhslini təkmilləşdirdi. 2001-ci ildə ildə isə magistratura və 2004-cü ildə doktrantura pillələrində təhsilini uğurla başa vurdu.

Şazli Əl-Əzhərin azançısı, Misir qarilər birliyinin baş katibi, Misir televiziya və radisonun qarisi vəzifələrində çalışmışdır.

Mərhum Şazlinin Quran tilavətini aşağıdakı linkdə dinləyə bilərsiniz:

http://www.saint-coran.net/ar/faraj-allah-alshtheli/

http://iqna.ir/fa/news/3606663


Teqlər: iqna ، misir ، fərəcullah Şazli ، quran
captcha