IQNA

Səudiyyə rejimi Əl-Əvamiyyədə Qüds günü tədbirlərinə hücum edib

10:50 - June 24, 2017
Xəbər sayı: 3481786
Dünən Əl-Əvamiyyə qəsəbəsinin mühasirəyə alınmış Əl-Məsurə məhəlləsində Səudiyyə Ərəbistanı hərbçiləri ümumdünya Qüds günü aksiyalarına hərbi texnikadan istifadə edərək hücum ediblər.

Səudiyyə rejimi Əl-Əvamiyyədə Qüds günü tədbirlərinə hücum edib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Sahartv-yə istinadla verdiyi məlumata görə, Əl-Əvamiyyə qəsəbəsinin45 gündür mühasirədə saxlanmasına baxmayaraq qəsəbənin məhəllələrində gənclər ümümdünya qüds günü münasibəti ilə simvolik toplantı təşkil ediblər və oarada Fələstin bayrağını ucadıblar.

Toplantıda iştirak edənlər Fələstin məsələsinin islam dünyasının ən əsas məsələsi olduğunu bildirərək vurğulayıblar ki, Qüds günü məzlumların Fələstin və Əl-Əvamiyyə qəsəbəsini hücumlara məruz qoyanSəudi-sionistzalımlarla qarşılaşması günüdür.

Əl-Əvamiyyə qəsəbəsində aksiyaçılar Qüds gününün müsəlman ümmətin dünyanın hər bir yerində məhrumlara yardım uğrunda həmrəyliyi günü olduğunu bildiriblər və Səudiyyə rejiminin zülmlərinə qarşı şüarlar səsləndiriblər.

2011-ci ildən etibarən Səudiyyə Ərəbistanının şərq bölgələri ədalətsizliklərə qarşı etiraz səhnələrinin şahididir. Ali-Səud rejiminə qarşı keçirilən bu etiraz aksiyalarında onlarla adam ölüb və yaralanıb.

captcha