Kütləvi İnformasiya Vasitələri Səudiyyə Ərəbistanının şərqində əl-Şərqiyyə vilayətinin əl-Əvamiyyə şəhərinin bütün məhəllələrinin Ali-Səud hərbçilərinin hücumuna məruz qaldığını və bu arada yaşayış massivləri, mağazalar və məscidlər arasında hücumlar üçün fərqin olmadığını bildiriblər.
Nəbə televiziyasının məlumatına görə, səudiyyəli hərbçilərin əl-Əvamiyyəyə hücumları 82-ci gününə daxil olub. Ali-Səud hərbçiləri hərbi və zirehli avtomobil və tankla əl-Əvamiyyəyə daxil olub, Şükrulla məhəlləsində bir vətəndaşı yaralayıb və əl-Nasirə məhəlləsində 3 gənci də oğurlayıb.
Bu arada səudiyyəli hərbçilərin məktəblərin üzərindən vətəndaşların mənzilinə doğru atəş açmalarının kadrlarının yayılması mediada qalmaqal yaradıb.