IQNA

18:24 - August 17, 2017
Xəbər sayı: 3481977
Yunanıstanın Afina şəhərinin "Qədim Agora" bölgəsində qədimi məsciddə bərpa işləri tamamlanıb və məscidin açılışı olub.


Yunanıstanda ən qədim məscidin təmirdən sonra açılışı olub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.İnfo-a istinadla xəbər verir ki, məscid 1456-cı ildə osmanlıların hücumundan sonra "Basilica" kilsəsinin dağıntıları üzərinə tikilib.

Məscid 1824-cü ildə yunanıstanlı inqilabçılar tərəfindən məktəb kimi isitfadə edilib.

Yunanıstan müstəqilik əldə etdikdən sonra hərbi məhbusların saxlanma yeri və daha sonra çörək sexi kimi istifadə olunub.

20-ci əsrin əvvəllərində məscidin binasından arxeoloji qazıntılar zamanı kəşf olmuş əşyaların saxlanma yeri kimi istifadə olunub.

2010-cu ildə Yunanıstanın Mədəniyyət Nazirliyinin göstərişi ilə arxeoloji qazıntılar zamanı kəşf olmuş əşyalar məsciddən boşaldılıb və məsciddə təmir-bərpa işləri həyata keçirilib və artıq məscid kimi fəaliyyətə başlayıb.

Teqlər: iqna ، Quran ، İslam ، məscid ، Yunanistan
Ad:
E-poçt:
* Comment:
* captcha: