IQNA

14:06 - August 26, 2017
Xəbər sayı: 3482038
Ali-Xəlifə rejimi tərəfindən evində əsir saxlanılan Ayətullah İsa Qasimin səhhətinin pisləşdiyi bildirilib.

Əsir saxlanılan Ayətullah İsa Qasimin səhhəti pisləşib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) deyerler.org-a istinadla xəbər verir ki, Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimin evinə qarşı Ali-Xəlifə rejimi tərəfindən 95 gündür tətbiq edilən mühasirə səbəbilə Ayətullah İsa Qasim öz ailə üzvləri ilə də görüşə bilmir.

Bəhreynli fəallar Ayətullah İsa Qasimin evinə qarşı tətbiq olunan mühasirəyə son qoymaq üçün Ayətullah İsa Qasımın evinin qarşısında toplaşmağa qərar verib.

Qeyd edək ki, Bəhreyn rejiminin məhkəməsi mayın 21-də Ayətullah İsaQasimi1 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmənin qərarı ilə 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla 1000 Bəhreyn dinarı məbləğində cərimə edilib. Mötəbər bəzi mənbələrin məlumatına görə, Ayətullah İsa Qasimə verilən bir illik həbs cəzasının qüvvəyə minməsi 3 illik təxirə salınıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: