IQNA

İtaliyanın İraqdakı səfiri İmam Əlinin (ə) hərəmini ziyarət etdi

7:05 - September 04, 2017
Xəbər sayı: 3482086
İtaliyanın İraqdakı səlahiyyətli səfiri Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminə gələrək hərəmi ziyarət edib və hərəmin müxtəlif tarixi məkanlarına baş vurub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Əlinin (ə) hərəminin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Marko Karnilos - İtaliyanın İraqdakı səlahiyyətli səfiri, Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminə gələrək hərəmi ziyarət edib və İmam Əlinin (ə) ziyarətgahının məsulları ilə birlikdə hərəmin müxtəlif tarixi məkanlarına baxış keçirib.

Marko Karnilos - İtaliyanın İraqdakı səlahiyyətli səfiri, hərəmin müxtəlif tarixi məkanlarını ziyarət edərkən buradakı tarixi əsərlərin zənginliyindən təəccübləndiyini və maraqda qaldığını deyib.

http://www.iqna.ir/fa/news/3637622


Teqlər: iqna ، İraq ، italiya ، səfir ، İmam Əli
captcha