IQNA

Heydər əl-İbadi və Ayətullah Şahrudi:

İraq xalqının vəhdəti və həmrəyliyi terrorizm üzərində qələbənin əsas amilidir

0:49 - September 05, 2017
Xəbər sayı: 3482094
İraqın baş naziri İranın "İslam Hökumətinin Məsləhətinin Təyini Şurası"nın rəisi ilə görüşündə İraqın müxtəlif məsələlərindən və bu ölkənin terrorizm üzərində böyük qələbəsindən danışdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-fəratnyuz" xəbər və informasiya portalına istinadla vediyi xəbərə görə, Heydər əl-İbadi -İraqın baş naziri, keçən həftənin bazar günü, 3 avqust 2017-ci il, İranın "İslam Hökumətinin Məsləhətinin Təyini Şurası"nın rəisi Ayətullah Seyid Mahmud Haşimi Şahrudi və həmin şuranın baş katibi Möhsün Rzayi və onları müşayət edən heyət ilə görüşündə İraqın müxtəlif məsələlərindən və bu ölkənin terrorizm üzərində böyük qələbəsindən danışdılar.

Bazar günü, günün ikinci yarısında baş tutan bu görüşdə İranın "İslam Hökumətinin Məsləhətinin Təyini Şurası"nın rəisi Ayətullah Seyid Mahmud Haşimi Şahrudi İraqın terroristlər üzərində ardıcıl qələbələrini və İŞİD terrorçuları tərəfindən işğal edilmiş ərazilərin terroristlərin əlindən azad edilməsini İraq dövlətinə və İraq xalqına təbrik deyərək vurğuladı: Baş nazirin rəhbərliyi və İraq xalqının vəhdəti və həmrəyliyi ilə əldə olunmuş ardıcıl qələbələr, xüsusilə də Neynəva əyalətindəki son qələbə, dünyanı heyrətə gətirmişdir.

Ayətullah Seyid Mahmud Haşimi Şahrudi bu görüşdə bildirdi ki, İran İslam Respublikası İraqı terrorizmlə mübarizədə tam dəstəkləyir və tam qələbə, sabitliyin və təhlükəsizliyin qorunmasının tam təmini və İraqın yenidən qurulmasınadək həmişə İraq xalqının yanında olacaqdır.

İraqın baş naziri Heydər Əl-İbadi də öz növbəsində qonaqları salamlayaraq iki dost və qonşu ölkənin genişlənməkdə olan əlaqələri və müştərək maraqlarına işarə etdi və regionda sabitlik və təhlükəsizliyin qorunması üçün həmkarlıqların davam etməsini zəruri saydı.

O həmçinin İran İslam Respublikasının İŞİD və terroristlər ilə mübarizədə İraqa göstərdiyi dəstəyi yada salaraq, İran dövləti və xalqına öz təşəkkürünü bildirdi və əlavə etdi: Biz hazırda böyük qələbə günlərini yaşayırıq ki, bu qələbə qəhrəman İraq xalqının vəhdəti və Ayətullah Üzma Seyid Sistaninin mənəvi dəstəyi sayəsində əldə edilməkdədir.

http://www.iqna.ir/fa/news/3638189


Teqlər: iqna ، İbadi ، Şahrudi ، İraq ، İŞİd
captcha