IQNA

14:13 - September 08, 2017
Xəbər sayı: 3482121
Pakistanın Kucərat rayonundan olan Rabiə Yəsən nənənin 60 yaşı var və o, Ərəb dili və əlifbasını bilməməsinə rəğmən bütün Qurani-Kərimi əzbərləyə bilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabad yaxınlığında yerləşən Kucərat rayonundan olan Rabiə Yəsən nənənin 60 yaşı var və o, baxmayaraq ki, Ərəb dili və əlifbasını bilmir, amma bütün Qurani-Kərimi əzbərləyə bilib.

Rabiə nənə elə yaşadığı kənddə Quranın sözlərini və mənasını dərk etməsə də bütün Qurani- Kərimi altı ay ərzində bütünlüklə hifz edib.

60 yaşlı nənə Quranı hifz etdikdən sonra isə əri və bacısı əri ilə birlikdə Həcc ziyarətinə nail olub.

Ərəbistan çapı olan Ükaz qəzetinin müxbiri Rabiə nənəni "Məscidun-Nəbi"nin bir guşəsində görüb və ondan müsahibə alıb. Rabiə nənənin Həcc yoldaşı deyir: Rabiə nənə 6 il öncədən Quranı hifz etmək barədə qərara gəldi, pullarını toplamağa başladı. Amma bu niyyətinə çatmaq üçün Quranı da əzbərləmək fikrinə düşdü və Həcc pulunu topladığı altı il ərzində Quranı da hifz etdi.

Rabiə nənənin Həcc yoldaşı qeyd edib ki, nənə özü bütün Həcc əməllərini yerinə yetirir və fiziki cəhətdən tam sağlamdır.

http://www.iqna.ir/fa/news/3639083

حاجیه خانمی که حافظ کل قرآن است + عکس


Ad:
E-poçt:
* Comment:
* captcha: