IQNA

Hicablı xanım Avstraliyada keçirilən seçkilərdə qalib gəldi

1:14 - September 12, 2017
Xəbər sayı: 3482142
Avstraliyada ilk dəfə hicablı xanım Sidneyin cənub- qərbindəki Canterbury şəhərinin şəhər şurası seçkilərində qələbə qazanaraq bu şuraya üzv oldu.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyada ilk dəfə ərəb əsilli hicablı xanım Nadiya Saleh keçən həftənin şənbə günü, Sentyabr ayının 9-da keçirilən Sidneyin cənub- qərbindəki Canterbury şəhərinin şəhər şurası seçkilərində qələbə qazanaraq bu şuraya üzv oldu.

Avstraliyada parlament nümayəndələri və irqçi qruplar dövlət müəssisələrində hicablı xanımların çalışmasına qarşı çıxmasına baxmayaraq ərəb əsilli müsəlman xanım Nadiya Saleh ilk dəfə olaraq Canterbury Şəhər Şurası seçkilərini qazanıb.

Bu xanım ondan əlavə daha üç müsəlmanın da iştirak etdiyi seçkilərə öz həyat yoladşı Xızır Salehin xələfi olaraq qoşulub. Onun əri bu şurada ilk ərəb əsilli müsəlman olaraq üç dövrə ardıcıl, yəni on üç il müddətində üzv olub.

Nadiya Saleh ailəlidir. 4 övladı var. Onun oğlu Kamal Saleh Avstraliyada tanınmış din xadimidir.

Qeyd edək ki, Canterbury şəhərində yarım milyondan artıq müsəlman yaşayır.

http://www.iqna.ir/fa/news/3640509


Teqlər: iqna ، hicab ، müsəlman qadın
captcha