IQNA

9:05 - September 24, 2017
Xəbər sayı: 3482195

Almaniyanın İslami təşkilatları müsəlmanları seçkilərə dəvət etdilər

İslami təşkilat və müəssisələr Almaniyada yaşayan müsəlman azlıqları bu ölkənin bu gün keçiriləcək parlament seçkilərində hamılıqla iştirak etməyə dəvət etdilər.

Almaniyanın İslami təşkilatları müsəlmanları seçkilərə dəvət etdilər

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın İslami təşkilat və müəssisələri Almaniyada yaşayan müsəlman azlıqları bu ölkənin bu gün, həftənin bazar günü, 24 sentyabr 2017-ci il, keçiriləcək parlament seçkilərində hamılıqla, izdihamlı və aktiv iştirak etməyə dəvət etdilər.

Avropa İslam Mərkəzinin rəisi Binyamin İdris bu seçkilərdə iştirak etməyi Almaniyada yaşayan bütün müsəlmanların vəzifəsi hesab edərək vurğuladı: Almaniya dövləti bu ölkədə yaşayan müsəlmanların hüquqlarını qoruyur, buna görə də müsəlmanların bu seçkilərdə iştirak etməsi zəruridir. Həmçinin parlament seçkilərində nümayəndələrin seçilməsində iştirak etmək yeni hakimiyyyətin seçilməsində təsirli olmaq deməkdir.

O əlavə etdi: Seçkilərdə iştirak etməmək müsəlmanların öz azadlığından və demokratik hüquqlarından qafil olması və İslamın ziddinə olan cəbhələrin gücləndirilməsi mənasını daşıyır.

Bürhan Kisəçi – Almaniyanın İslami Şurasının rəisi, müsəlmanları seçkilərdə iştirak etməyə dəvət edərək dedi: Müsəlmanlar öz qanuni haqlarından istifadə edərək onlara yaxın olan partiyalara səs verməlidirlər. Seçkilərdə iştirak etməmək böyük yanlışlıq olar və belə olan halda qazanan təkcə radikal və anti-İslam partiyalar olacaqlar. Hansı ki, o patiyalar İslam dinini cəmiyyət üçün təhlükə hesab edirlər və onların parlamentdə güclənməsi müsəlmanların problemlərinin çoxalması deməkdir.

Qeyd edək ki, Almaniyanın parlament seçkilərində iştirak edən anti- İslam partiyalar seçki rəqabətlərində İslam elmlərinin tədrisinin ləğvini, məscidlərin tikilməsinin qadağan olunmasını və azan səslərinin dayandırılmasını öz əsas hədəflərindən hesab etmişdilər.

http://www.iqna.ir/fa/news/3645347


captcha