İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftələr ərzində təqribən yarım milyon müsəlman Myanmalı buddist vandalların və Myanma dövlətinin zülmündən qaçaraq Banqladeşə sığınıblar ki, onlarda qaçqın düşərgəsində yer, geyim, dərman və qida azlığından əzab çəkirlər.
Beynəlxalq təşkilatların verdiyi hesabata əsasən, cari ilin Sentyabr ayında Myanma dövlət qoşunlarının və radikal buddistlərin zülmdən cana doyaraq yurd-yuvalarını tərk edərək Banqladeşə qaçmış ruhingiyalı müsəlmanların sayı 480 min nəfəri keçmişdir və onların 60%-ni uşaqlar təşkil edir.
Hər gün, davamlı və sürətli şəkildə ruhingiyalı qaçqınlarınn özü də kasıb dövlət olan Banqladeş qaçqın düşərgəsinə toplanması onsuz da çətin olan vəziyyəti daha da acınaqcaqlı etmişdir.
Bosniya və Ruanda da baş verən qətliamlar və soyqırımlarını yaşayan ruhingiyalı müsəlmanların bir hissəsi qaçaraq zülmdən canlarını xilas etsələr də, təhlükə, əzab və ölüm qorxusundan nicat tapa bilməyiblər. Onlar qaçqın düşərgəsində xəstəlik, aclıq və soyuq açıq havada qalmaqdan əzab çəkirlər.
http://www.iqna.ir/fa/news/3647041