IQNA

On məscid Gürcüstan müsəlmanlarının istifadəsinə verildi

10:34 - October 07, 2017
Xəbər sayı: 3482232
Gürcüstanın Dini Məsələlər üzrə dövlət komitəsi daha on məscidi Müsəlmanlar İdarəsinin səlahiyyətinə verib.

On məscid Gürcüstan müsəlmanlarının istifadəsinə verildiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin sədri Ramin İgidov deyib: Gürcüstanın qərbində on məscidin Müsəlmanlar İdarəsinə təhvil verilməsi ilə bu idarənin səlahiyyətində olan məscidlərin sayı 160-a çatıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin sədri daha 11 məscidin qeydiyyata alınmasında problemlərin davam etdiyini bildirib və ümid edib ki, bu məsələ tezliklə həll olunacaq.

Hal-hazırda Gürcüstanda ümumilikdə 320 məscid vardır.

2002-ci ildə Gürcüstan əhalisinin sayılmasına əsasən, bu ölkədə müsəlmanların sayı 433 min və ya 4 milyon 371 min əhalisi olan ölkənin 9,92%-ni təşkil edir.

Teqlər: gürcüstan ، iqna ، quran ، İslam ، müsəlman
captcha