IQNA

İngiltərədə məscidlərə hücum halları 2 dəfə artıb

7:02 - October 11, 2017
Xəbər sayı: 3482249
Avropa ölkələrində qeyri-müsəlmanların müsəlmanlarla bağlı davranışı barədə yeni yayımlanmış statistikaya əsasən, İngiltərədə məscidlərə hücum halları 2 dəfə artıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Yeni yayımlanmış statistikaya əsasən, İngiltərədə məscidlərə hücum halları 2 dəfə artıb.
Bu hücumlarda qəsdən yanğın törətmək, məscid divarlarına təhqir edici şüarlar yazmaq, məscidə gələn namaz qılanları yaralamaq və bomba il hədələmə kimi halları qeydə alınıb.
Associated Press agentliyinin yayımladığı statistikaya əsasən, Britaniya polisinin məlumatına görə, cari ilin mart – iyul ayları ərzində ölkə üzrə məscidlərə hücumla bağlı 110 şikayət olunub ki, bu rəqəm ötən ilin eyni dövründə 47 şikayət olub.
Məscidlərə ən çox hücum İngiltərənin Mançester şəhərində baş verib. Beləki bu şəhərdə 9 dəfə məscidə hücum olunub.

captcha