İQNA-nın (Beynəlxalq
Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Rəhbəri
və dünya müsəlmanlarının mənəvi lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin
fərdi, elmi, ictimai və siyasi həyat yolu, yaradıcılığı, şəxsiyyəti və fikir
mənzuməsini aşılayan toplantı keçiriləcək."Zəime Zül-Fünun" (Universal Rəhbər) devizi ilə keçiriləcək bu toplantıda Əliəkbər Vilayəti, Qulaməli Həddad Adil, Ayətullah Əliəkbər Rəşad, Əliəkbər Əhmədiyan və Höccətul-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah iştirak və çıxış edəcəklər.
Bu toplandıta Höccətul-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənahın qələmə aldığı "Ayətullah Üzma Xameneinin fikir mənzuməsi" adlı kitabın da açılış mərasimi olacaqdır.
"Zəime Zül-Fünun" (Universal Rəhbər) toplantısı 2017-ci ilin Oktyabr ayının 16-da yerli vaxtla saat 15:00-dan 18:00-dək Tehranın "Azadlıq Universiteti"nin "Kitabxana və Sənədlər Mərkəzi"ndə keçiriləcəkdir.
http://www.iqna.ir/fa/news/3651437