İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, SETA-nın (Almaniyanın ictimai, iqtisadi və siyasi tədqiqatlar fondu) yeni yaydığı hesabatda deyilir ki, bu ölkədə 2015-ci ildən bu günədək müsəlmanlar əleyhinə islamofob hücumlar dörd dəfə çoxalıb.
Bu hesabatda qeyd edilir ki, müsəlmanlar əleyhinə irqçilik və islamofobiyadan doğan nifrət və ayrıseçkilik Almaniyanın və almanların bütün həyati sahələrində, o cümlədən təlim-təhsil, iş, qanun, media və sosial şəbəkələrdə qabarıq şəkildə özünü göstərir və genişlənməkdədir.
Hesabatda verilən məlumata görə, Almaniyada müsəlmanlar əleyhinə nifrət o qədər çoxalıb ki, bu bütün müsəlmanların gündəlik həyat tərzində öz təsirini qoyur.
Məlumatda 2014-cü ildə qaçqın müsəlmanların sığınacaq yerlərinə 199 dəfə hücum edildiyi deyilir. 2015-ci ildə isə müxtəlif hadisələrdə müsəlmanlar əleyhinə irqçilik və islamofobiya zəminində 1031 dəfə hücum qeydə alınıb. Bu rəqəm 2016 və 2017-ci ildə artan xətt üzərə davam edir. Belə ki, Almaniya federal polisin verdiyi məlumata görə, hər həftə İslami mərkəzlərə ən azı iki dəfə hücum edilir. Amma müşahidəçilərin rəyinə görə bu qərəmlər göstərilənlərdən daha çoxdur. Çünki müsəlmanlar əleyhinə edilən hücumların çoxu barədə polisə məlumat verilmir.
Almaniyanın məsul dairələrinin verdiyi məlumata görə isə, bu ölkədə hər həftə 17 dəfə islamofobiya zəmində müsəlmanlar əleyhinə hücumlar qeydə alınır. Media qrumları isə daha fərqli bir hesabat açıqlayırlar. Onların fikrincə hər həftə belə hücumların sayı 37 dəfədən artıq olur.
Bundan əlavə almaniyalılar müsəlmanlar barədə mənfi düşünür, heç bir dəlil və sübutları olmadan önyarğılı hakimlik edir və müsəlmanları terror hadisələrinin əsas amili sayırlar.
Hesabatda deyilir ki, Almaniya əhalisnin yarısı müsəlmanlara qarşı mənfi fikirdədirlər və bu məsələ ölkənin iqtisadi və ictimai durumuna da öz mənfi təsirlərini qoyur. Buna görə də, ölkə məsulları dini və irqi zəmində ayrıseçkilik problemləri qaldıranlar barədə ciddi tədbir görməlidir və buna qarşı mübarizə aparmalıdır.
http://www.iqna.ir/fa/news/3656589