IQNA

Ayətullah Sistaninin nümayəndəsi terrorçuların hücumu barədə xəbərdarlıq etdi

0:16 - October 28, 2017
Xəbər sayı: 3482317
Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi dünən, Cümə namazının xütbəsində terrorçuların hücum ehtimalı barədə xəbərdarlıq etdi.

Ayətullah Sistaninin nümayəndəsi terrorçuların hücumu barədə xəbərdarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi dünən, 27 Oktyabr 2017-ci il, müqəddəs Kərbəla şəhərinin Cümə namazının xütbəsində xalqın və dövlətin İŞİD terrorçularına tam qələbə çalacağına ümidvar və əmin olduğunu vurğulayaraq məğlub olaraq geir çəkilməkdə və qaçmaqda olan terrorçuların ƏRBƏİN zəvvarlarına hücum ehtimalı barədə xəbərdarlıq etdi.

Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Kafi (Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi) İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında qılınan Cümə namazının xütbəsində ƏRBƏİN zəvvarlarının malı və canının qorunmasına və həmçinin cəmiyyətdə ziyarət abu-havasının qorunub saxlanılmasının zəruriliyini vurğuladı.

Seyid Əhməd Kafi bildirdi ki, terrorist ünsürlər xalq könüllülərinin qarşısından qaçırlar və mümkündür ki, onlar bunun qarşılığında İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarına terror hücumu etsinlər.

Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Kafi (Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin İraqın Kərbəla şəhərindəki nümayəndəsi) müqəddəs ƏRBƏİN mərasiminin yaxınlaşdığını yada salaraq tövsiyə etdi ki, ziyarət ab-havasını qoruyub saxlamaq lazımdır. İmam Hüseynə (ə) tərəf gedəndə Allaha təvəkkül etməli və bu ziyarətin əcrini qazanacağına ümidvar və əmin olmalısan. Ruhən qəmli, qüssəli və şəhidlərin dərdinə şərik olmalısan.

http://iqna.ir/fa/news/3657178/


Teqlər: iqna ، İraq ، Ərbəin
captcha