IQNA

Sionist silahlıları Şərq Sahillərinə hücum edərək doqquz fələstinlini həbs ediblər

15:53 - October 29, 2017
Xəbər sayı: 3482321
İşğalçı sionist rejimin silahlı terrorist qüvvələri bu gün səhər Qəzzənin şərq sahillərinin müxtəlif rayonlarına basqın edərək doqquz fələstinlini həbs ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, terrorçi və işğalçı İsrail sionist rejiminin silahlı terrorist qüvvələri bu gün səhər Qəzzənin şərq sahillərinin müxtəlif rayonlarına basqın ediblər. Terrorçu yəhudi ünsürlər doqquz fələstinlini həbs ediblər.
"FƏLƏSTİN informasiya mərkəzi"nin rəsmi saytının yaydığı xəbərdə deyilir ki, işğalçı və qondarma İsrail rejiminin silahlı terroristləri bu gün, 29 Oktyabr 2017-ci il, səhər vaxtı, Qəzzənin sərq sahillərinə, Beyt-Ləhmin "əd-Dühəyşə" əsirlər və qaçqınlar düşərgəsinə və Əl-Xəlilin "Beyt-Əmr" rayonuna hücum edərək fələstinliləri tutuqlayıblar.
Sionist İsrailin işğalçı qüvvələri cari ilin əvvəlindən indiyədək təkcə Əl-Xəlilin Beyt-Əmr rayonunda 143 nəfər fələstinli vətəndaşı əsir götürüblər.
Qeyd edək ki, iğalçı sionist rejimi İsrailin bu tutuqlamalar və hücumlardan məqsədi 2015-ci ilin Oktyabr ayından başlamış Qüds intifazəsini məğlub etməkdir.


Teqlər: iqna ، fələstin ، israil
captcha