IQNA

Müsəlmanlar Nyu-Yorkun Manhetten rayonundakı terror aktını məhkum etdi

1:42 - November 02, 2017
Xəbər sayı: 3482335
ABŞ müsəlmanları həftənin ikinci günü Nyu-York şəhərinin Manhetten rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən terror hadisəsini məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin ikinci günü, 31 Oktyabr 2017-ci il, ABŞ-da yaşayan və İŞİD-ə beyət etmiş vəhabi miqrant Seyfullah Həbibullahyeviç Saypov tərəfindən terror hadisəsi törədilib.

29 yaşlı vəhabi Seyfullah Həbibullahyeviç Saypov idarə etdiyi kamyonu piyada zolağından keçən piyadaların üzərinə sürərək səkkiz nəfəri öldürüb və 11 nəfəri yaralamışdır.

Səudiyyə Ərəbistanın və ABŞ-ın yaratdığı İŞİD terrorçu qruplaşmasının üzvü olan Seyfullah Həbibullahyeviç Saypov 2010-cu ildən Florida əyalətində qeydiyyata düşüb və ABŞ-ın Nyu-Cersi əyalətində yaşayır. Onun bir arvadı və iki övladı vardır.

Hadisə zamanı Seyfullah Həbibullahyeviç Saypov polis tərəfindən güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun öz iddiasına görə, o, İŞİD-ə işləyir.

ABŞ müsəlmanları həftənin ikinci günü Nyu-York şəhərinin Manhetten rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən bu terror hadisəsini məhkum etdi.

ABŞ müsəlmanlarının hüquqlarının müdafiə təşkilatı olan Amerika İslam Şurası bəyaniyyə yayaraq terror hadisəsini pisləyib və hadisə qurbanlarının ailələrinə başsağlığı deyib.

Bəyaniyyədə deyilir ki, bu dəhşətli cinayətin hədəfi ölkədə dinlər arasında qarşıdurma yaratmaqdır. Bütün dinlər və məzhəblərin davamçılarına vacibdir ki, terrorizmin qarşısında dayansınlar.

http://iqna.ir/fa/news/3658957



Teqlər: iqna ، abş ، terror
captcha