Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə
istinadla xəbər verir ki, İslam inqilabının böyük rəbhəri
Həzrət Ayətullahül-üzma Xamenei zəlzələdən zərər çəkmiş bölgələrə baxış
keçirmək və əhali ilə yaxından görüşmək məqsədi ilə İranın qərbində yerləşən
Kirmanşah ostanına səfər ediblər.
12 noyabrda İranın qərb bölgələrində 7.3 bal gücündə zəlzələ baş verdi və nəticədə 437 nəfər həlak oldu, 10 min 203 nəfər isə yaralandı.