IQNA

0:06 - December 02, 2017
Xəbər sayı: 3482453
Misirin Mina əyalətinin "xristian cavanlar cəmiyyəti" "ər-Rövzə" məscidində terror hadisəsində ölənlərin ruhunu Quran tilavəti ilə yad etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin Mina əyalətinin "xristian cavanlar cəmiyyəti" "ər-Rövzə" məscidində terror hadisəsində ölənlərin ruhunu Quran tilavəti ilə yad etdilər.

Terror qurabanlarının anım mərasimində "xristian cavanlar cəmiyyəti" ilə müsəlmanlar da həmkarlıq edib. Mərasimdə terror qurbanlarının ailələrinə başsağlığı ismarıcı ünvanlanıb və hər növ terror hadisəsi məhum edilib.

Xristian cavanlar cəmiyyətinin şura sədri Zeyn Fikri bir çox tanınmış və nüfuzlu şəxsiyyətlərin iştirak etdiyi bu mərasimdə dedi: Terrorist qruplar müasir dövrün tatarlarıdırlar. Onlar quru ilə yaşı birgə yandırırlar. Amma Misir xalqı Qurana və İncilə sığınıb və heç vaxt bu zorakılığın önündə baş əyməyəcəklər.

Mərasimdə iştirak edən "müsəlman cavanlar cəmiyyəti"nin rəisinin müavini Məcdi Ruslan dedi: Terrorçuların heç bir din və məzhəb davamçısı arasında fərq qoymurlar, onları insanlığı terror edirlər. Namazqılanları terror edənlər heç bir dinin davamçısı deyildirlər. Onların həfədi Misiri sındırmaqdır. Onlar xalqı hədəfə alıblar. Amma Misir heç vaxt sınmayacaqdır. Biz sapıq əqidəli terrorçuların və onların azğın əqidələrinin qarşısında dayanacayıq.

Misirin Ortodoks kilsəsinin nümayəndəsi vurğulayıb ki, bizim şəhidlərimizin qanı öz əməllərini dini göstərmək istəyənlərin əqidəsinin batil olduğuna ən yaxşı şahiddir. Terrorçular yer üzündə şeytani fəsadı yaymaq istəyirlər. Bu muzdur qatillər tarixi oxusunlar və görsünlər ki, misir xalqı həmişə vahid ümmət olaraq yaşayıb və parçalanmayıb.

http://iqna.ir/fa/news/3668511


Teqlər: İQNA ، Quran ، misir ، terror
Ad:
E-poçt:
* Comment:
* captcha: