IQNA

İndoneziyada Qurani-Kərimin üç yeni tərcüməsi çap və nəşr edildi

17:18 - December 22, 2017
Xəbər sayı: 3482543
Dini İşlər Nazirliyinin göstərişi ilə Qurani-Kərimin üç yeni tərcüməsi İslam dininin yayılmasını sürətləndirmək üçün İndoneziyada yaşayan üç etnik xalqın dilinə tərcümə edilərək çap və nəşr edildi.

İndoneziyada Qurani-Kərimin üç yeni tərcüməsi çap və nəşr edildiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İndoneziyanın Dini İşlər Nazirliyinin göstərişi əsasında Qurani-Kərimin üç yeni tərcüməsi çap və nəşr edilib. 
Xəbərdə deyilir ki, Qurani-Kərim bu üç yeni tərcüməsi İndoneziyada yaşayan üç etnik xalqın ana dilində tərcümə, çap və nəşr edilmişdir ki, bu ölkədə yaşayan xalqlar arasında İslam dininin yayılması güclənsin.
İndoneziyanın Dini İşlər Nazirliyinin göstərişi əsasında müsəlmanların müqəddəs kitabı Qurani-Kərim bu ölkədə yaşayan “Maluku adaları”, “Bali adası” və “Brunoni adası”nın cənubunda yaşayan etnik xalqların dilinə tərcümə edilmişdir. 
Loğman Həkim Səfiyyuddin (İndoneziyanın Dini İşlər Naziri) bu barədə dedi: Qurani-Kərimin ölkənin müxtəlif bölgələrində yaşayan qədim etnik xalqların öz dilində tərcüməsi onların ruhunda bu müqəddəs kitabın İndoneziyanın rəsmi dilinə olan tərcüməsindən daha çox təsir qoyur və onların müqəddəs İslam dini və Qurani-Kərimə yönəlmələrinin səbəbi olur. Və Qurani-Kərim maarifi bu regionlarda daha çox sürətlə yayılır. 
O əlavə etdi: Qurani-Kərimin yerli etnik xalqların dilinə tərcümə edilməsini, dindən əlavə bu xalqlara mədəni bir qayğı kimi də dəyərləndirmək olar. Quranın o xalqların dilinə təcümə olunması həmin dili unudulmağa qoymayacaq.
Qeyd edək ki, İndoneziyanın Dini İşlər Nazirliyinin göstərişi əsasında indiyədək Qurani-Kərimin bu ölkədə yaşayan etnik xalqların dilinə tərcüməsi 12-yə çatmışdlr. 
Xatırladaq ki, rəsmi hesabatlara görə, İndoneziyada bu ölkənin rəsmi dilindən əlavə 700 etnik dil vardır. 2015-ci ilin hesabatına görə isə, İndoneziya xalqı dünya müsəlmanlarının 12%-ni təşkil edirlər.
http://www.iqna.ir/fa/news/3675060

captcha