Sionist hərbçilər fələstinlilərin qərb sahilinin Beyt Ləhm şəhərində yerləşən "Məhd" kilsəsinin önündə Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsinə qarşı aksiyasına basqın ediblər.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sionist rejim hərbçiləri dünən gecə milad bayramı gecəsində tam silahlı halda fələstinlilərə tərəf gözyaşardıcı qaz buraxıblar.