IQNA

Gələn ilin Ramazan ayında;

İngiltərədə “Qurani-Kərimə səfər” adlı 4 günlük təlim kursu keçiriləcək

0:26 - December 30, 2017
Xəbər sayı: 3482571
Britaniyanın Qurani-Kərim araşdırmaları akademiyası 2018-ci ilin Ramazan ayında keçiriləcək “Qurani-Kərimə səfər” adlı dörd günlük təlim kursu üçün hazırlıq işləri görür.

İngiltərədə “Qurani-Kərimə səfər” adlı 4 günlük təlim kursu keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın Qurani-Kərim araşdırmaları akademiyası 2018-ci ilin Ramazan ayında keçiriləcək “Qurani-Kərimə səfər” adlı dörd günlük təlim kursu üçün hazırlıq işləri görür.

“Qurani-Kərimə səfər” adlı bu təlim kursları arıtq on bir ildir ki, hər il Ramazan ayında Britaniyanın London şəhərinin “Queen Mary” universitetinin nəzdində fəaliyyət göstərən “Qurani-Kərim araşdırmaları akademiyası” tərəfindən həyata keçirilir.

Qarşıdan gələn Ramazan ayında keçiriləcək təlim kursunda Qurani-Kərimdən min termin, Quranın açar dastanları, Quranın açar mesajları, Quran dastanlarından alınan dərslər, 114 surənin xülasəsi, Quranda şəxsiyyətin formalaşması üçün 99 dərs, gündəlik yaşam tərzində Qurandan faydalanmaq və s… mövzular araşdırılacaq.

Həmçinin bu təlim kursunda “online” iştirak edənlərə “Qurani-Kərimə səfər” adlı kitab hədiyyə ediləcək.  

Britaniyanın “Qurani-Kərim araşdırmaları akademiyası” (BAQS) İngiltərənin “İslami Araşdırmalar və İnkişaf müəssisəsi”nə (İİDR) tabe bir təşkilatdır ki, Qurani-Kərimdə barədə təlim və tədiqatat məqsədi ilə təsis edilmişdir.

http://iqna.ir/fa/news/3677135

 

Teqlər: iqna ، quran ، ramazan ، baqs ، İİdr
captcha