IQNA

0:20 - December 31, 2017
Xəbər sayı: 3482576
Kanadalı bir incəsənətçi İslamın əsas prinsiplərini illüstrasiyalı və təsviri hekayə kitabı formatında yazaraq, çap və nəşr etdirdi.

Kanadada İslami prinsiplər barədə illüstrasiyalı hekayə kitabı çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadalı bir incəsənətçi İslamın əsas prinsiplərini illüstrasiyalı və təsviri hekayə kitabı formatında yazaraq, çap və nəşr etdirdi.

Kanadalı incəsənətçi müsəlman Deyvid Antoni (David Anthony) bu kitabı İslamın əsas üsul və prinsiplərini təsvir və şəkillər əsasında işləyərək, kitabı gözəl illüstrasiyalı hekayə formatında çap və nəşr edə bilmişdir.

“Səfər” adlanan bu kitab bütün yaş qrupları üçün uyğun və faydalıdır. Bu kitab müəllifin İslam dinini necə öyrəndiyi barədə təcrübələrini ehtiva edir.  

Deyvid Antoni bu kitab barədə deyir: İslam dini mənə təqdim edilən zaman öz daxilimdə bu din barədə zehnimdəki çoxlu suallarım ilə daxili bir səfərə çıxdım. Və bu səfərdə təkcə sual vermək və eşitmək ilə kifayətlənmədim, həm də İslam dini barədə araşdırdım və araşdırmalarımda düşündüm.

“Səfər” kitabını elmi redaktəsini İslam dinini qəbul etmiş vəkil Qloriya Açim həyata keçirmişdir.

Kitabın çapından təkcə bir neçə həftə keçməsinə baxmayaraq kitabın təqdimat mərasimi izdihamlı keçmiş və oxucular tərəfindən maraqla qarşılanmışdı.

“Səfər” kitabının təqdimat mərasimi Kanadanın Toronto şəhərində “İslam ruhunun dirilməsi” adlı toplantıda baş tutmuşdu.

http://iqna.ir/fa/news/3677514

Ad:
E-poçt:
* Comment:
* captcha: