IQNA

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

0:55 - January 02, 2018
Xəbər sayı: 3482584
Qum şəhərində Həzrət Məsumənin (ə) hərəmində İmam Əlinin (ə) kəlamlarının sadə tərcüməsini ehtiva edən “Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabının təqdimat mərsimi keçirildi.

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, 31 Dekabr 2017-ci il, Qum şəhərində Həzrət Məsumənin (ə) hərəmində İmam Əlinin (ə) kəlamlarının ən asan və sadə tərcüməsini ehtiva edən “Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabının təqdimat mərsimi keçirilib.

“Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabının müəllifi Quran təfsirçisi, Quran mütərcimi və əxlaq ustadı Dr. Əbulfəzl Bəhrampurdur.

Kitabın təqdimat mərasimi media nümayəndələri, Həzrət Məsumə (ə) ziyarətgahının kitabxana və muzey müdiri Höccətul- İslam vəl- Müslimin İsmayıl Məhəmmədi Kermanşahi və “Əhli-Beytin Kəriməsi (ə)” muzeyinin idarə rəisi Höccətul- İslam vəl- Müslimin Seyid Höccət Kəşfini iştirakı ilə hərəmin kitabxanasının Həzrət Xədicə (s) zalında keçirilib.  

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Təqdimat mərasimində çıxış edən müəllif “Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabını İmam Əlini (ə) xütbə, məktub və hikmətli kəlamlarını asan və sadə dildə dərk etmək üçün bir ilk olduğunu vurğulayıb və deyib ki, İmamın (ə) məqsədinin asan dərki üçün tərcümədə xalq məsəlləri və atalar sözlərindən çox istifadə edilib.

“Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabının müəllifi Quran təfsirçisi, Quran mütərcimi və əxlaq ustadı Dr. Əbulfəzl Bəhrampur vurğulayıb: Bu kitabın ərsəyə gəlməsi üçün iki il gecə- gündüz zəhmət çəkmişəm. Kitab bəzi hissələrini İmam Əlinin (ə) və İmam Hüseynin (ə) müqəddəs məzarları yanında yazmışam.

Milliyyətcə azəri olan və Zəncanda dünyaya göz açmış müəllif əlavə etdi: Bu kitab başa çatdıqdan sonra üç dəfə yenidən baxılıb, elmi redaktə edilib və daha sonra Qumun “Avaye Quran” (Quran sədası) nəşriyyatı tərəfindən çap edilib.  

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Qeyd edək ki, “Nəhcül-Bəlağə, rəvan və sadə tərcümə və lüğətlərin izahı” kitabının müəllifi Quran təfsirçisi, Quran mütərcimi və əxlaq ustadı Dr. Əbulfəzl Bəhrampur bundan öncə Qurani-Kərimi də sadə dildə tərcümə etmişdir. Bunadan əlavə Qurani-Kərimin ən asan təfsiri sayılan 30 cildlik “Nəsime Həyat” (Həyat mehi) təfsirini də o yazmışdır. Bu təfsir İran İslam Respublikasında fars dilində 45 dəfə çap edilmişdir.

Ustadın Qurani-Kərim barədə bir cildlik xülasə təfsiri, Quranın mövzu əsasında təsnifi təfsiri, Quranın 3 cilddə tərtibi təfsiri və digər kitabları da vardır.  

http://iqna.ir/fa/news/3677947

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

Nəhcül-Bəlağənin ən eyni və ən sadə tərcüməsinin təqdimat mərasimi keçirildi

 

Teqlər: iqna ، quran ، təfsir ، tərcümə
captcha