“İQNA”-nın verdiyi xəbərə görə, Avropa və Amerikada irqçi hücumlar və İslamofobiya günü-gündən artır. Onun ən son nümunəsi İsveçin Stokholm şəhərində bir məscidə hücum və ifratçılar tərəfindən Qurani-Kərimə hörmətsizlik idi.
Qaliyə Həmud əl-Həmadi bu barədə “26 Sentyabr” saytında yazıb:
Qurani-Kərimə qarşı qəsdən və təkrar olunan təhqirləri, istər Amerikada, istər Avropa ölkələrində, istərsə də başqa yerlərdə, İslam dünyasına qarşı gedən genişmiqyaslı müharibədən ayrı, müstəqil hadisələr kimi izah etmək olmaz. Əksinə, bu təhqirlər dünya müsəlmanlarının kimliyini hədəfə alan məqsədli müharibənin daha geniş bir prosesini ifadə edir.
Bu müharibə dünya istibdad gücləri tərəfindən müxtəlif məqsədlərlə başlanmışdır. O cümlədən, müsəlmanların Qurani-Kərimə – iki milyarddan çox müsəlmanın mənəvi və şəri istinadgahına – bağlılığını və ictimai reaksiyasını ölçmək üçün.
Belə təhqiramiz hərəkətlərin təkrarı İslamın başlanğıcına qədər uzanan geniş düşmənçiliyin bir hissəsidir. Tarix boyu yəhudilər İslama və müsəlmanlara qarşı açıq dini müharibə aparmış, bu gün də müqəddəs mətnləri müsəlmanları öz kimliyindən uzaqlaşdırmaq məqsədilə psixoloji və ideoloji silaha çevirməyə çalışaraq onlarla daimi qarşıdurmanı davam etdirməkdədirlər.
Son hadisə – bir amerikalının Qurani-Kərimə təhqiri – sionistlərin Qəzzə xalqını qətliam etməsindən iki il sonra baş verdi və müsəlmanların hisslərini qıcıqlandırmağın təbliğat vasitəsinə çevrilməsinin çox təhlükəli göstəricisidir. Bu hadisə, istər Amerikada, istər Hollandiyada, istər Danimarkada, istərsə də digər ölkələrdə yəhudi proqramları vasitəsilə müxtəlif üsullarla yayılan dini nifrətin həqiqi mahiyyətini üzə çıxarır.
Buna qarşı, İslam ölkələrinin əvvəlki dövrlərlə müqayisədə zəif reaksiyası təəssüf doğurur və ərəb və İslam rejimlərində sionist və amerikan masonluğunun nüfuzunu göstərir. Onların məqsədi İslam dünyasının iradəsini müxtəlif sahələrdə sındırmaq, o cümlədən Qurani-Kərimə təhqirə qarşı hər hansı qəzəb ifadəsini boğmaqdır.
İslam dünyasının müqəddəs dəyərlərin təhqirinə qarşı həmrəylik və qətiyyət zərurəti
İslam dünyası hələ də sionizm tərəfindən həyata keçirilən sistematik təhrif kampaniyaları ilə üz-üzədir. Bu kampaniyalar çərçivəsində guya “İslam” adı altında yaradılan ifratçı terror qrupları öz dəhşətli cinayətlərini və bəşəriyyətə qarşı fəlakətli əməllərini Qərb ictimaiyyətinin gözündə İslama və müsəlmanlara aid etməyə çalışırlar. Halbuki, Peyğəmbər Əkrəm (s) tərəfindən gətirilmiş uca dəyərlərə və insani əxlaqa malik olan həqiqi İslam, ona obyektiv və ədalətli baxan hər kəs üçün hələ də heyranlıq və rəğbət mənbəyidir.
Keçən cümə günü Yəmən xalqı vahid bir reaksiyada Qurani-Kərimi bütün ictimai meydanlarda izzət və kimliyin rəmzi kimi oxudu və öz liderləri Seyyid Əbdülməlik Bədrəddin əl-Husinin çağırışına cavab verərək Amerika–sionist təhqirlərinə qarşı çıxdı. Bu hadisə Qurani-Kərimin Yəmən ictimai şüurundakı mərkəzi mövqeyinin canlı sübutudur. İslamın doğuşundan bəri dərin köklərə malik olan bu kitab düşmənlə mübarizədə istinad nöqtəsi, həyat tərzi və güc mənbəyi kimi qəbul edilir. Bu, qələbənin Qurani-Kərimə bağlılıq dərəcəsi ilə birbaşa əlaqəli olduğunu göstərir.
Beləliklə, əksər ərəb xalqlarını və rejimlərini təsir altına alan zəiflik və təslimçilik olmasaydı, Qurani-Kərimə qarşı təkrar və sistematik təhqirlər heç vaxt baş verməzdi. Bu rejimlər müsəlman cəmiyyətinin birliyini zəiflədən layihələr vasitəsilə İslam dünyasının düşmənlərinə xidmət edən proqramları həyata keçirməyə çalışırlar.
Bu, onların İslamın həqiqi istiqamətvericisindən uzaqlaşdıqlarına görədir. Sionist düşmən Qəzzə və Fələstində gündəlik cinayətlərini davam etdirir, Livana hücum edir, Suriyanın ərazi bütövlüyünü pozur, Yəməni hədələyir və ərəb ölkələrinin suverenliyinə qarşı sui-qəsdlər planlaşdırır. Biz isə ərəb dünyasının utancverici fəaliyyətsizliyinə və dünya miqyasında susqunluğa şahid oluruq ki, bu da iman və İslam kimliyinə qarşı müharibənin davamını təşviq edir. Bu vəziyyət bəzi İslam rejimlərinin müqəddəs rəmzlərə hücum və təhqirlərə qarşı guya “neytrallıq” bataqlığına batması ilə daha da mürəkkəbləşir.
Qərb sionist masonluğunun İslam ümmətinin gələcəyinə qarşı başladığı fərqli müharibə, müqəddəs məkanlara və Qurani-Kərimə qarşı indiki dövrdə və əvvəlki mərhələlərdə aparılan hücumlarla başlamışdır. Bu taleyüklü mərhələdə edilməli olan yeganə iş, bütün meydanlarda milyonlarla yəmənlinin şüarlarında təcəssüm edən, düşmən İsrailə və onun alətlərinə qarşı növbəti mərhələdə tam hazır olmağı elan edən, şüurlu və daimi xalq səfərbərliyi yaratmaqdır.
Bu gün dünya müsəlmanlarının dini və tarixi məsuliyyəti dəyərlərin qorunması üçün hər zamankindən daha ağırdır. Dünya müsəlmanlarının birliyi və həmrəyliyi müqəddəs dəyərlərin təhqirinə qarşı mübarizənin yeganə yoludur.
4324737