IQNA

Almaniya parlament nümayəndəsinin anti-İslam çıxışı əleyhinə etirazlar davam edir

13:48 - January 05, 2018
Xəbər sayı: 3482599
Almaniyalı deputat Betriks Fon Storçun əleyhinə etirazlar davam edir. O, özünün şəxsi "tyuter" səhifəsində müsəlmanları təhqir edən və alçaldıcı sözlər paylaşmışdı.

Almaniya parlament nümayəndəsinin anti-İslam çıxışı əleyhinə etirazlar davam edirİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Almaniya parlament nümayəndəsinin sosial şəbəkədə anti-İslam çıxışı əleyhinə etirazlar davam edir.

Almaniyalı deputat Betriks Fon Storçun əleyhinə etirazlar davam edir. O, özünün şəxsi "tyuter" səhifəsində müsəlmanları təhqir edən və alçaldıcı sözlər paylaşmışdı.

Yüzlərlə müsəlman məhkəmələrə və qanuni orqanlara müraciət edərək müsəlmanları sosial şəbəkədə təhqir etdiyi üçün  Almaniyalı deputat Betriks Fon Storçun əleyhinə şikayət ediblər.

Almaniyanın Köln şəhərinin prokuraturasının elan etdiyinə görə, "Almaniya üçün alternativ" radikal sağçı partiyasının vitse-prezidentinın əleyihə şikayətlər davam edir.

Ulf Uilun (Ulf Willuhn) – Almaniyanın baş prokurorluğunun sözçüsü, bu barədə çıxış edərək dedi: İndiyədək yüzlərlə insan Almaniya parlamenti üzvünün müsəlmanları təhriq etməsi ilə bağlı şikatə ediblər. Prokurorluq bu şikayətləri araşdırıb cavablandıracaq və nəticəsini vətəndaşlara elan edəcəkdir.

Almaniyanın baş prokurorluğunun sözçüsü əlavə etdi: Heç kəsin haqqı yoxdur ki, digər dinlərin davamçılarını və başqa irqin mənsublarını təhqir etsin. Buna görə də ədalətin qorunması üçün əlimizdən gələni edəcəyik. Biz hamını qanun qarşısında bir hesab edirik.

Xatırladırık ki, "Almaniya üçün alternativ" radikal sağçı partiyasının vitse-prezidenti və Almaniya parlamentinin nümayəndəsi özünün şəxsi "tyuter" səhifəsində müsəlmanları təhqir edərək vəhşi adlandırmışdı.

 http://iqna.ir/fa/news/3679091

Teqlər: iqna ، almaniya ، patlament ، təhqir ، sağçı
captcha