IQNA

Avstriyalı müsəlmanlar təhlükəsizlik etiketləri ilə əlaqədar narahatdırlar

9:38 - January 16, 2018
Xəbər sayı: 3482653
İslam dini məsələləri Avstraliyanın koalisiya hökuməti tərəfindən “Avstraliyamız üçün birgə” dövlət proqramında 21 dəfə müzakirə edilməsi bu ölkədə yaşayan müsəlmanların nigarançılığına səbəb olub.

Avstriyalı müsəlmanlar təhlükəsizlik etiketləri ilə əlaqədar narahatdırlarİNQA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) “əl-cəzirə” peyk tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam dini məsələləri Avstraliyanın yeni koalisiya hökuməti tərəfindən “Avstraliyamız üçün birgə” dövlət proqramında 21 dəfə müzakirə edilməsi bu ölkədə yaşayan müsəlmanların diqqətini çəkib və onların nigarançılığına səbəb olub.

Sözü gedən dövlət proqramı layihəsində İslam dinindən danışılarkən milli təhlükəsizliyin müdafiəsi bəhanəsi ilə “siyasi islam” və “islami radikalizm” sözlərinin üzərində daha çox manevr edilir. Lakin Avstraliyada son illərdə irqçi və sağçı radikalizm sürətlə yayılmasına və onların müsəlmanlara hücumların çoxalmasına baxmayaraq bu faşistlərin adları həmin sənəddə keçmir və müzakirə edilmir.

Bu sənən Avstraliyanın yeni koalisiya hökumətinin baş naziri Sepastyan Kurtez tərəfindən keçən ilin (2107) dekabr ayının axırlarında çap və nəşr edilmişdir.

Avstraliyanın təhlükəsizlik xidmətləri servisi 2015- ci ildə sağçı radikallara aid 1690 cinayət qeydə almışdır ki, bu, 2014- cü ildəkindən 1200 dəfə çoxdur.  

Qeyd edək ki, Avstraliyanın iki radikal irqçi partiyası, “azadlı” və “xalq”, keçən ilin oktyabr ayında seçkilərdə qalib gələrək iki partiyanın koalisiya dövlətini yaratdılar. “Xalq” partiyasının rəhbəri Sepastyan Kurtez Avstraliyanın yeni koalisiya hökumətinin baş naziri oldu və gələn beş ildə hakimiyyətdə olacaqlar.  

http://iqna.ir/fa/news/3682228

 

captcha