Misrin paytaxtı Qahirənin “Seyyidə Zeynəb (s) məscidi”nin kitabxanasında Vəqflər Nazirliyinin dörd ədəd əlyazma nəfis Quran nüsxəsi və qədim əlyazma lövhələr saxlanılır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin paytaxtı Qahirənin “Seyyidə Zeynəb (s) məscidi”nin mərkəzi kitabxanasında Vəqflər Nazirliyinin qeydiyyatında olan dörd ədəd əlyazma nəfis Quran nüsxəsi və qədim əlyazma lövhələr saxlanılır.
Misrin paytaxtı Qahirənin “Seyyidə Zeynəb (s) məscidi”nin mərkəzi kitabxanasında Vəqflər Nazirliyinin qeydiyyatından keçmiş nəfis və qədim əlyazma əsərlər gəncinəsində Həzrət İmam Əliyə (ə) mənsub “müshəf”, üçüncü xəlifə Osman ibn Əffanın nüsxəsi, hicrətin onuncu ərsinə aid nadir və tarixi müshəf və Quran ayələri və hədislər yazılmış əlyazma lövhələr vardır.
Həzrət İmam Əliyə (ə) mənsub “müshəf” 504 böyük səhifədə, qara rəngli Kufi xətti ilə yazılıb və tarixi Hicrətin birinci əsrinə qayıdır. Bu “müshəf”in axırıncı səhifəsi ki, “süls” xətti ilə kitabət edilib, bu “müshəf”ə Osmanlı imperiyası dövründə əlavə edilib.
Misrin Vəqflər Nazirliyinin digər nəfis Quran əsərlərindən biri “Osman müshəfi”dir ki, bu əlyazmaq əsər xəlifə Osman ibn Əffanın dövründə “müshəflərin vəhdəti” məsələsində kitabət edilmiş və İslami ölkələrə göndərilmiş altı Quran nüsxəsindən biridir.
Bu Quran nüsxəsi Qahirənin İmam Hüseyn (ə) məscidinin kitabxanasında saxlanılır. Müshəfin 1087 böyük səhifəsi vardır. Bu nüsxə 57x57 ölçüdə, qəhvəyi rəngdə və Kufi xətti ilə yazılmışdır.
“Osman müshəfi”nin təmiri üçün Misrin “darul-kutub” idarəsində yeddi nəfərlik mütəxəssis qrup təşkil edilmişdi ki, amerikalı mütəxəssis Can Memferd və “əl-Məkənz əl-İslami” təşkilatının həmkarlığı ilə keçən ilin yayında bu işi başa çatdırdılar.
Misrin Buheyra əyalətinin “Dəmnəhur” şəhərinin “Ətiyyə Əbur-Riş” məscidinin kitabxanasında qorunan qədim və nadir müshəf Vəfqlər Nazirliyinin balasında olan digər bir nəfis nüsxədir ki, Hicrinin 10-cu əsrində kitabət edilib. Bu nüsxədə əsas mətnin haşiyəsində qiraət elmi və təfsir haqqında da məlumatlar mövcuddur və nüsxənin sonunda Quran surələrinin adı əlifba sırası ilə yazılmışdır.
Misrin Vəqflər Nazirliyinin qədim kitablar xəzinəsində olan digər qiymətli əsər üzərinə peyğəmbərin (s) hədisləri və ayələr yazılmış qədim əyazma lövhələrdir. Bu lövhələr məscidlərdə bəzək üçün istifadə edilir. Köhnəldikdə isə üzərində təmir işləri aparılır.
Bu nazirliyin digər qiymətli qədim əsəri coğrafi xəritədir ki, Misirin şimalında “Vəchi Bəhri” rayonunda saxlanılır.
http://iqna.ir/fa/news/3685187



