İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, son günlərdə Bəhreyndə analoqsuz “edam hökmü dalğası”ndan nigaran olduğunu bildirən İnsan Hüquqları Federasiyası Ali-Xəlifənin rejiminin bu addımını məhkum etdi.
Beynəlxalq İnsan Hüquqları Federasiyası bəyaniyyə yayaraq Bəhreyndə analoqsuz “edam hökmü dalğası”ndan nigaran olduğunu bildirərək Ali- Xəlifə rejiminin etirazçı müxalifləri müxtəlif bəhanələr ilə kütləvi şəkildə edama məhkum etməsinə etiraz etdi və bu ölkədən edam hökmlərinin təcili ləğv edilməsini istədi.
Florans Bilivier (Florence Bellivier) – Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse- prezidenti, bu bəyaniyyədə elan etdi: Bəhreyn dövləti 2017-ci ilin əvvəlindən indiyədək gözəçarpacaq qədər çox edam hökmləri verib ki, bu məsələ çox nigaranedicidir.
Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse- prezidenti Ali- Xəlifə rejiminin bu əməli insanların ədalətli məhkəmə hüquqlarının ziddinə olmasına işarə edərək dedi: Bəhreyn hakimiyyəti edam cəzasından siyasi hədəfləri üçün sui-istifadə edir.
İnsan Hüquqları Federasiyasının elan etiyinə görə, Bəhreyn hakimiyyəti keçən cari həftədə vətəndaşları barədə silsilə edam hökmləri çıxararaq 22 nəfəri edama məhkum edib. Keçən il isə digər üç bəhreynli cavan barəsində edam hökmü çıxarılaraq icra edildi.
Beynəlxalq Əfv Təşkilatı da bəyaniyyə yayaraq Bəhreyn hakimiyyətindən altı nəfər vətəndaşının edam hökmünü ləğv etməsini və həmçinin vətəndaşların hərbi məhkəmədə deyil, mülki məhkəmlərdə mühakimə edilmələrini istədi.
Keçən ilin Dekabr ayında Bəhreyn hərbi məhkəməsi altı nəfərin barəsində edam və digər 15 nəfəri barəsində isə həbs hökmü çıxarmışdı.
Bəhreyn İnsan Haqları Mərkəzi də bu rejimdən tələb edib ki, sivil vətəndaşların terror fəaliyyətləri bəhanəsi ilə hərbi məhkəmələrdə mühakimə edilməsinə son versin.