IQNA

AİP Qadınlar Şurası "Əyyami Fatimə" günləri ilə bağlı tədbir keçirdib

10:57 - February 04, 2018
Xəbər sayı: 3482729
Azərbaycan respublikasının paytaxtı Bakıda Azərbaycan İslam Partiyası Qadınlar Şurası "Əyyami Fatimə" günləri ilə bağlı tədbir keçirdib.

AİP Qadınlar Şurası İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamın sesi" infprmasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının Qadınlar Şurası "Əyammi Fatimə" günləri ilə əlaqədər tədbir keçirib.

Tədbiri Quran tilavəti ilə açan AİP Qadınlar Şurasının sədri Növrəstə xanım qonaqları salamlayıb. Quran tilavətindən sonra Əhli -Beytin müqəddəsliyindən və Quran ayələrində onların varlığına işarə vuran ayələrdən bəhs edib: 

"İlahi Pərvərdigaranın "Yasin" surəsində birbaşa kimlərə xitab etdiyini hamımız bilirik.  Bildiyimiz kimi dinimizdə ən əhəmiyyətli məsələrdən biri intizardır. Amma bu fani dünyaya aid bir intizar deyil. Bu bir ümmətin bütün ibadəti və həyatı gözlədiyinin intizarına köklənibsə o ümmətin mənəviyyyatının bər- bəzəyi yerə göyə sığışmaz. Ona görə də qəmli könlümü bu intizara kökləyərək şəhadət günlərindən bəhrələnək."

Daha sonra tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.   Tədbir mərsiyələrlə və Əhli-Beytə həsr olunmuş şeirlərlə yekunlaşdırılıb.

 

Teqlər: iqna ، aip ، bakı ، İslam partiyası
captcha