IQNA

İQNA üçün xüsusi yaddaşt;

Pakistan şiələri terrorun və media senzurasının qurbanları

20:49 - February 26, 2018
Xəbər sayı: 3482836
Onlar bu günlərdə məzlumiyyət dolu bir mühitdə yaşayır və bir çox problmelərə məruz qalırlar. Son hesabatlara görə, 1984-cü ildən 2018-ci ilin əvvələrinədək 900 pakistanlı şiə terror edilmişdir.

Pakistan şiələri terrorun və media senzurasının qurbanlarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistan şiələri bu günlərdə məzlumiyyət dolu bir mühitdə yaşayır və bir çox problmelərə məruz qalırlar. Son hesabatlara görə, 1984-cü ildən 2018-ci ilin əvvələrinədək 900 pakistanlı terror edilmişdir.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının mədəniyyət məsələləri üzrə işçisi Əhməd Mərcaninicat “pakistanlı şiələrin məzlumluğu” adlı xüsusi qeydlərini İQNA-ya göndərib. Həmin qeydlərin xülasəsini təqdim edirik:  

Pakistanın 203 milyon cəmiyyəti vardır ki, bunun 20 faizini 12 imamçı şiələr təşkil edirlər. Yerdə qalan əhli-sünnənin də böyük hissəsi Əhli-Beyt (ə) sevən sünnülərdir. Amma (Səudiyyə Ərəbistanın hərtərəfli dəstəklədiyi) vəhabi muzdurları şiəofobiyanı yaymaq, cəmiyyəti parçalamaq üçün vəhşcəsinə qətliamlar törədir və şiələrin mühüm şəxsiyyətlərini terror edirlər.

Pakistanın Xeybərpuştunxah əyalətinin İsmayılxan rayonundan verilən dəqiq xəbərələrə görə, 1984-cü ildən 2018-ci ilin əvvələrinədək 900 tanınmış və ictiami nüfuzu olan pakistanlı terror edilmişdir.

Pakistan müsəlmanlarının Vəhdət partiyasının baş katibi Əllamə Racə Nasir Abbasın başçılığı ilə 2016-cı ildə şiələr bu qətliamlar və terrora, xüsusilə də İsmayılxan və Paraçinar regionlarında baş verən hadisələrə qarşı öz etirazlarını bildirdilər.

Həmçinin Pakistan müsəlmanlarının Vəhdət partiyasının baş katibi Əllamə Racə Nasir Abbas iki ay aclıq aksiyası keçirdi, amma dövlət buna heç bir əhəmiyyət vermədi. Hələ üstəlik aksiya keçirənləri atəşə tutdular, bəzilərini öldürdülər və bəzilərini də həbs etdilər. Dövlətin bu addımının dalınca vəhabilər də elə həmin günləri də yenə də şiələri kütləvi şəkildə qətliam etdilər.

Təkcə 2007-ci ildə Paraçinar və Kurəm regionunda 3000 şiə taliban və “cənghuy” qruplaşması terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Bütün bu vəhşiliklərin qarşısında Pakistan dövləti susur, cinayətkar vəhabilər isə azadlıqda gəzirlər və “şiəofob” fəaliyyətlər ilə məşğuldurlar. Onların Faruqi, Mövlana Səmiulhəq və Lədəyanvi kimi başçıları da dövlət tərəfindən rəsmi mərasimlərə dəvət olunurlar. Vəhabilərin məktəblərinə dövlət rəsmiləri tərəfdinən maddi yardımlar edilir.  

Bu bir halda baş verir ki, şiələrin ən mühüm şəxsiyyətləri, o cümlədən Racə Sahib Mahmudabad və Məhəmməd Əli Cənah Qaid Əzəm Pakistanın inkişafı və çiçəklənmsində müstəsna rola malikdirlər.  

Racə Sahib Mahmudabad 1974-cü ildə özünün bütün sərvətin dövlət büdcəsinə verdi ki, Pakistanın iqtisadiyyadı ayaqlansın və inkişaf etsin.

Ən təəssüflüsü isə burasıdır ki, şiələrin başlarına gələn bu müsibətlər və terror və qətliamlar vəhabi süfrəsindən yeyən dövlət mediaları tərəfindən senzuraya məruz qalır.      

http://iqna.ir/fa/news/3694825

Teqlər: iqna ، pakistan ، şiə ، vəhabi
captcha