IQNA

Seneqal Quran yarışlarının qaliblərinə “Kalima Qızıl Mükafatı” veriləcək

13:49 - February 28, 2018
Xəbər sayı: 3482843
İran İslam Respublikası cari ilin Mart ayının 3-də Seneqalın paytaxtı Dakar şəhərinin teatr salonunda keçiriləcək Beynəlxalq Quran qiraəti və hifzi yarışlarının yekun mərasiminə dəvət edilib.

Seneqal Quran yarışlarının qaliblərinə “Kalima Qızıl Mükafatı” veriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Seneqal şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Seneqalın beynəlxalq Quran hifzi və qiraəti yarışlarının qaliblərinə “Kalima (İlahi Kəlam) Qızıl Mükafatı” veriləcək.

Bu xəbərdə deyilir ki, İran İslam Respublikası cari ilin Mart ayının 3-də Seneqalın paytaxtı Dakar şəhərinin teatr salonunda keçiriləcək Beynəlxalq Quran qiraəti və hifzi yarışlarının yekun mərasiminə dəvət edilib.

İran İslam Respublikasının Seneqal şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Seyid Həsən İsməti bu barədə İQNA-ya xəbər verərək dedi: Seneqalın beynəlxalq Quran yarışlarının yekun mərasimi cari həftənin şənbə günü, Seneqalın Afrika-Ərəb cavanlarının milli federasiyasının təşəbbüsü ilə Dakarda keçiriləcək. Bu mərasimdə Seneqalın mühüm dini, ictimai və siyasi şəxsiyyətləri, o cümlədən Seneqalın prezidenti Məki Sal (Macky Sall) iştirak edəcəkdir.  

Seyid Həsən İsməti əlavə etdi: Seneqalın Afrika-Ərəb cavanlarının milli federasiyasının nümayəndə heyəti Mədəniyyət Əlaqələri Mərkəzinə gələrək mənimlə mərasimin necə keçirilməsi barədə məşvərət və həmçinin bizi bu mərasimdə iştirak etmək üçün dəvət etdilər.

O vurğuladı: Bizim təkliflərimizdən biri də bu oldu ki, mərasimin haşiyəsində İranın təbiət və dini məkanlarını əks etdirən şəkil sərgisi təşkil edilsin.

Seyid Həsən İsməti xatırlatdı: Quran yarışlarının yekun mərasimində İslamda uşaqların hüquqları, Quran evlərinin müasirləşdirilməsi, Quran evlərinin cəmiyyətdəki tərbiyəvi rolu və s... mövzularda çıxışlar olacaqdır.

http://iqna.ir/fa/news/3695167

captcha