İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Qazaxıstanda “orta əsrlərə aid dini əlyazma nüsxələrin araşdırılması” toplantısı keçirilib.
“Orta əsirlərin əlyazma nüsxələrinin müasir dini anlayışda təsiri” adı ilə keçirilən bu toplantı Qazaxıstanın “mədəni cəmiyyət”, Qazaxıstanın Mədəniyyət və Turizm nazirliyi nəzdində fəaliyyət göstərən “nadir əlyazma nüsxələr və kitablar mərkəzi” və Dini İşlər Nazirliyinin dini məsələlərdə elmi araşdırmalar mərkəzinin həmkarlığı ilə baş tutub.
Toplantıda Qazaxıstanın Dini İşlər Nazirliyinin dini məsələlərdə elmi araşdırmalar mərkəzinin rəisi Heydər Abıyev, Beynəlxalq Mədəniyyət və Dinlər Mərkəzinin rəisi Əsilxan Sadov, Qazaxıstanın Mədəniyyət və Turizm nazirliyi nəzdində fəaliyyət göstərən “nadir əlyazma nüsxələr və kitablar mərkəzi”nin rəisi Məsud Şeyx Zeynüddin və İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət İşləri İdarəsinin rəsi və həmçinin ilahiyyatçı alimlər və araşdırmaçılar iştirak ediblər.
“Orta əsirlərin əlyazma nüsxələrinin müasir dini anlayışda təsiri” adı ilə keçirilən bu toplantı Qazaxıstanın Astana şəhərinin “nadir əlyazma nüsxələr və kitablar mərkəzi”n keçirilib.
Toplantının hədəfi müasir dövrdə və orta əsirlərdə İslami irs barədə görülmüş işləri araşdırmaq, dini mətnlərin araşdırılması metodlarını müzakirə etmək, Türk dünyasının özünəməxsus əlyazma əsərlərini tanıtdırmaq və bu sahədə və əyazma nüsxələrini araşdırılması üçün mütəxəssislərin yetişdirilməsidir.
Elmi toplantının haşiyəsində “Qazaxlar diyarının hikmət incisi” adı sərgidə Xacə Əhməd Yusəvinin və onun müridlərinin əsərlərinin əlyazma nüsxələri nümayiş edilib.