İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin “əl-Əzhər İslam Mərkəzi” iki il bundan öncə müasir dini məsələlərin və çağdaş dövrün şəri müşküllərinin həlli və nizamlanması məqsədi ilə “əl-Əzhər Fiqh komitəsi”ni yaratsa da, bu sahənin mütəxəssisləri və müşayətçilər söz gedən bu komitənin bu işdə uğursuzluqlarından, verdiyi fətvaların gündəmə və günün tələbələrinə uyğun olmaması və digər zəifliklərindən danışırlar.
Halbuki alimlərin fikrincə məsələlərə hər zaman yenidən və müasir tələbələrə uyğun şəkil baxılması dinin lazimi şərtlərindən sayılır. İslam dini son səmavi şəriət olaraq həyat müxtəlif sahələrinin müxtəlif məsələləri üçün hər məkan və zamandan uyğun cavabları vardır. Və bu xüsusiyyət İslam dininin özəlliyidir. Və Əl-Əzhər alimləri də bu mövzunu rəhbər tutaraq “fiqhi komitə” yaratdılar ki, cəmiyyətin müasir problemlərinə günün tələblərinə uyğun cavab verə bilsinlər.
Müsəlman alimləri günün tələbələrinə uyğun cavabları İslami mətnlərdən tapmaq üçün bu mətnlərə bir də bu günün sualları ilə müraciət edilməli və ictihad əsasında İslamın ruhuna uyğun olan cavab tapılmalıdır.
2016-cı ildə Misirin “əl-Əzhər İslam Mərkəzi”nin 30 nəfər alimdən ibarət, o cümldən Əhməd Təyyib, Şeyx Əli Cümə, Şövqi Əlam və s..., yaratdığı “fiqhi komitə” isə “modernizm” ilə “müasir ictihad metodu” arasında sərgərdan qalıb.
əl-Əzhərin şeyxi bu komətinənin yaradılma hədəfini “zəhərli fətvalar ilə mübarizə” və “müasir ictihadın genişlədirilməsi” elan etsə də, hələ ki, bu istiqamətdə ciddi addımlar ata bilməyib və özünü zəif göstərir.
Bu komitənin iclaslarında müzakirə eidlən mövzulara “islami geyim tərzi”, “qadının hakimiyyət və vilayəti məsələsi”, “qeyri-müsəlmanların bayramlarını təbrik etmək”, “xilaskarın zühuru”, “nikah”, “təlaq” (boşanma) və s... göstərmək olar.
İslam dininin məsələlərinə yenidən baxmaq istəyənlər Peyğəmbərin hədisinə إِنَّ اللَّهَ يَبْعَثُ لِهَذِهِ الْأُمَّةِ عَلَى رَأْسِ كُلِّ مِائَةِ سَنَةٍ مَنْ يُجدّدُ لَهَا دينَهَا istinad edirlər və bu məsələ qədimdən alimlər arasında müzakirə mövzusu olmuşdur. Əl-Əzhər İslam Mərkəzinin alimləri də onları tənqid edənlərin qarşısında sakit dayanmır və bu yöndə müsbət addımların da atıldığını qeyd edirlər. Və elə insaflı möve də budur ki, yeni yaranmış bir komitədən bundan çoxunu gözləmək və təndiq etməkdə tələsmək doğru deyildir.
http://iqna.ir/fa/news/3696508
əl-Əzhər İslam Mərkəzi
Əl-Əzhər İslam Mərkəzinin "Fiqhi komitə"sinin rəisi Şeyx Əli Cümə